Azərbaycancaaz
Mir.az » Kitablar » Salman Rüşdi "Peyğəmbərin tükü" PDF

Salman Rüşdi "Peyğəmbərin tükü" PDF

Salman Rüşdi "Peyğəmbərin tükü" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bu kitabda məşhur müəllif S.Rüşdinin «Peyğəmbərin tükü», «Yaxşı məsləhət yaqut­dan qiymətlidir», «Radioqəbuledici» əsərləri öz əksini tapmışdır.
«Peyğəmbərin tükü» hekayəsi romançı Rüş­dinin həcmcə kiçik əsərlərindən olsa da, məz­mununa və yazı manerasına görə Rüşdi yaradıcılığı üçün kifayət qədər xarakterikdir.

Uzunmüddətli bayram günlərinin bir üstünlüyü var - mütaliə eləməyə imkan tapırsan. Bu təlatümlü və xəbərlə zəngin bayram günlərində vaxt eləyib iki kitab oxudum - Zülfü Livanelinin “Son Ada” və Salman Rüştinin “Peyğəmbərin tükü” kitablarını.

Adı çəkilən kimi hər şeydən əvvəl məşhur əsəri yada düşən Salman Rüştinin kitabını isə Əkrəm Əylisli çevirib, “Qanun” nəşriyyatı çap edib. O, şövqlə, ürəkdən, peşəkarlıqla çevirdiyi əsər barədə qısa təəssüratlarını da yazıb: “Xaotik, fantasmaqorik süjet. Hipnotik-mifoloji ovqat... Anlaşılan anlaşılmazlıq. Düşünülmüş, məqsədli improvizə...”


Bu kiçik kitab elə tərcüməçinin də 2 səhifəlik xırda ön sözüylə əsil ədəbiyyat ovqatı yaradır. Tərcüməçi müəyyən ipucları versə də, müəllifin adı əvvəlcədən oxucunu yönləndirir.

Mənə belə gəldi ki, müəllifin demək istədiyi mətləb çox aydındır. Həmin mətləbi gizlətmək üçün süjeti qarışdırıb, çıxmaz ( labirint ) yaradıb, xaos düzəltsə də, hətta ən hazırlıqsız oxucu belə, bu süni xaosun içində yazıçının məkrli məqsədini aydınca görə bilir. “Qanun”un “Modern mini klassika” seriyasından çap etdiyi bu əsər intriqa, qalmaqal yaratmağa da, əsil ədəbiyyat müzakirələrinə səbəb olmağa da qadirdir.

Bayramınız və vaxtınız olsun, oxuyasız!..
Salman Rüşdi "Peyğəmbərin tükü" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar