Azərbaycancaaz
Mir.az » Kitablar » Məsudə Cabbar "Aciz Qalan Ulduzlar" PDF

Məsudə Cabbar "Aciz Qalan Ulduzlar" PDF

Məsudə Cabbar "Aciz Qalan Ulduzlar" PDF
  • Reytinq: 9
  • Şərhlər: 0
Populyarlıq 89% 89%


Diqqət Çəkənlər

Otaqda dünən gecədən bəri açıq qalan radio xışıltısı var. Pəncərələr açıq, çöldən gələn küləyin sərxoşluğu ilə rəqs edir pərdələr. Səhərin bu vaxtlarında axşamdan qalma sərin meh olur, adətən. Üşünüdüyünü hiss edib gözü yumulu vəziyyətdə, əli ilə üstünə örtməyə bir şey axtarır. Heçnə tapa bilmir və hirsli baxışlarla birtəhər gözünü açır. Əsnəyərək əlləri ilə dağınıq saçlarını arxaya sığallayır və üzünü,gözlərini ovuşdurmağa başlayır. Yatağının aşağısındaki paltarlarını götürüb birtəhər geyinir və pəncərənin qarşısında dayanır. Dərindən bir nəfəs.. Necə gözəl gündür.. Kaş elə bu vaxt donsa zaman. Bundan sonra nələrsə yaşanmasa, ya da yaşananlar xatırlanmasa.. Otağının qapısını açıb dəhlizdə yeriməyə başlayır..”Ana?” sualı cavabsız qalır. Hə, evdə balaca qardaşdan başqa heç kəs yoxdur, yenə bütün işlər ona qalıb. Günə 6-0 geridə başlamağa bərabər idi bu onun üçün. Çaydanı su ilə doldurub qazın altını yandırır və masada əyləşib gözləməyə başlayır. O, heç vaxt səhər yeməyi yemir, ümumiyyətlə səhərlər edilən heçnəyi sevmir; yuxudan oyanmaq, dişləri fırçalamaq, saçları darayıb səliqəyə salmaq, üstəlik evi səhmana salıb bu da yetməzmiş kimi saatlarla müəllimlərin “laqonda” effekti verən səslərinə qulaq asmaq. Amma nə etmək olar ki, bütün bunlar onun həyatının bir parçasıdır və hər nə qədər bezdirici olsa da gözəl yanları da var əlbəttə. Bir əlində oyana bilməsi üçün tək çıxış yolu kimi gördüyü acı qəhvəsi, bir əlində evin açarları, ayağında ipləri hələ də bağlanmamış idman ayaqqabıları və önü düymələnməmiş pencək.. Əgər tale sizinlə bir zarafat etməyi düşünsə idi,əmin olun ki, sizi onunla qonşu edərdi. Çünki hər gün görəcəyiniz bu mənzərə sizi ən depressiv anınızda belə güldürməyi bacarardı.. Zahiri görünüşcə arıq, sevimli, gülüşü gözəl, qıvırcıq saçlı bu gənc qız sizə bütün dərdlərinizi unutduracaq qədər qeyri adi sehrli gözəlliyə sahib idi. Tanış olun, onun adı Fərəhdir.
Məsudə Cabbar "Aciz Qalan Ulduzlar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar