Azərbaycancaaz
Mir.az » Kitablar » Laura Cəbrayıllı "Yeddinci Qat" PDF

Laura Cəbrayıllı "Yeddinci Qat" PDF

Laura Cəbrayıllı "Yeddinci Qat" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Ötən əsrin 90-cı illərindən başlayaraq, dövri mətbuatda ədəbi-bədii yazılarıyla çıxış edən Laura Cəbrayıllının ilk kitabına ədəbi portretlərlə yanaşı, elm, ədəbiyyat, dövlət xadimlərilə maraqlı müsahibələri və gündəliyindən sətirlər daxil edilmişdir.

Qadınlar haqqında:

“Qadın məğlub etməyincə təslim olmur”.

“İstənilən dövrdə məhv olan cəmiyyət birinci qadınları boğub.
Qadağaların, qaydaların çoxu qadın üçün doğulub”.

Biz kişilər heç vaxt bunun fərqində deyilik.

Dünyanın ən ağır istedadlarından (ağır taleli yazarlarından yazmadım — V.B.) Mehdi Bəyazid haqqında qeyri-adi düşüncələr:

“Onun saçı, başı payıza oxşayır. Burnu qədim türk hərflərini xatırladır. Kəskin biçimli çənəsi sanki bir qərbli üzünü tamamlayır. Başqalarıyla həvəslə danışığa can atan bu çəlimsiz adamı görəndə çatdırın ki,
ədəbiyyat onu axtarır”.

Mən bu düşüncələri Tolstoy, Qorki, Yusif Vəzir qələmindən çıxmış səviyyədə gördüm.

“Bütün filosoflardan fərqli olaraq, Rəmiş dediyini dərhal da isbat eləyə bilir. Çünki biz Rəmişin dilinə yox, əlinə inanırıq”.

Məncə, barmaqlarına desəydi, daha dəqiq olardı, bəlkə də əlinə-dilinə qafiyəsi onu bu sözə gətirib. Gənc şair Aqşin haqlıdı, bəzən həqiqətən dil yazdırır. Amma, fikir kimi çox yaxşı deyilib, həm də dilin ritmi baxımından “əlinə”ylə də razılaşmaq olar.

Dünyanın ən həssas fikir, söz adamlarından Vidadinin dünyanı tez tərk etməsi haqqında: (vaxtsız yox, məhz tez tərk etməsi haqqında — V.B)

“Bu dünyada (çox yazarlara) bələdçiliyi azmış kimi dünyanın o üzünə də nəslinə bələdçilik etmək üçün tezcək yollandı”.

Şair mətbəxinə komandanlıq etsə də, şairlərin yaradıcılıq “mətbəxi” haqqında da hökm verməyə cəhd edir. Bəlkə də haqlıdır:

“Şair istədiyi yox, bacardığı şəkildə yazır”.

Əzizim, Qulu Ağsəs. Ehtiyatlı ol, daim müşahidə altındasan. Elə biz
də bir balaca özümüzü yığışdırmalıyıq. Deyəsən, o, öz mətbəxində oturub dünyanın bütün şeir “mətbəxini” görür.
Laura Cəbrayıllı "Yeddinci Qat" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar