Azərbaycancaaz
Mir.az » Kitablar » Stella Kollinz və Bet Körl "Yazı bacarıqları" PDF

Stella Kollinz və Bet Körl "Yazı bacarıqları" PDF

Stella Kollinz və Bet Körl  "Yazı bacarıqları" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

"Kitabı oxuyanda aydın görünür ki, Stella Kollinz və Bet Körl nədən bəhs etdiklərini lap yaxşı bilirlər. Heyrətamiz dərəcədə aydın, yığcam və maraq oyandıran ifadə tərzinə malik bir vəsaitdir".

Yəqin ki, işdə vaxtınızın müəyyən hissəsini yazmağa sərf edirsiniz; iş yerlərində insanlar, adətən, çoxsaylı e-məktublar, qısa mesajlar və sayı az olub xeyli vaxt aparan sənədlər yazırlar. Bu kitab- dakı istiqamət və məsləhətləri tətbiq edərək yazmağa, redaktə etməyə və yenidən yazmağa sərf etdiyiniz vaxta qənaət edəcəksiniz.

Hər dəfə kağız-qələmi götürüb (ya da böyük ehtimalla, klaviaturanın arxasına keçib) yazmağa başlayanda ünsiyyət qurursunuz. Yazdıqlarınız başqalarının sizin haqqınızdakı düşüncə və mühakimələrinə, hisslərinə və nə edə biləcəklərinə təsir edir. Yaxşı yazmaq özünüz haqqında müsbət təəssürat yaratmağa, mesajınızın tonunu və məzmununu düzgün ötürməyə kömək edir. Bu kitab işgüzar mühitdə tələb olunan yazı bacarıqları haqqındadır, ona görə də e-məktub, hesabat, təlimat və işlə əlaqəli başqa sənədlərə istinad edəcəyik. Öyrəndikləriniz bütün növ yazılara tətbiq edilə bilər, lakin sadəcə, şəxsi marağınıza aid olan və öz zövqünüzü oxşamaq üçün yazmaq istəyəcəklərinizə aid olmayacaq (yəni qısacası, şeir və ya sevgi məktubu yazmağı öyrənməyəcəksiniz).

Əlavə materiallar hissəsində durğu işarələri və qrammatikanın əsasları haqqında bəzi mənbələri tapacaqsınız. Yazılı ünsiyyətinizin keyfiyyətini artırmaq üçün lazımi proses və strukturu, həm sizin, həm də yazdıqlarınızı oxuyanlar (red. bundan sonra: "oxucu") üçün əhəmiyyət kəsb edəcək məsləhətləri təqdim edəcəyik.

Stella Kollinz və Bet Körl "Yazı bacarıqları" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar