Azərbaycancaaz
Mir.az » Kitablar » Yeqzar Cəfərli "Uçurum" PDF

Yeqzar Cəfərli "Uçurum" PDF

Yeqzar Cəfərli "Uçurum" PDF
  • Reytinq: 0
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

“Uçurum”! – Bu, gənc dostumuz Yeqzar Cəfərlinin sayca ikinci kitabıdır. O, yaradıcılığa ədəbiyyatın ən mürəkkəb sahəsi olan ədəbi tənqiddən başlayıb. Bilirsiniz – yazarlar yaradıcılığa “istedadın üzə çıxmasının ən qolay yolu” sayılan şeirlə başlar, bu da olmazsa kiçik hekayələrlə başlarlar adətən. Ancaq Yeqzar hələ III kurs tələbəsiykən böyük ədəbiyyatçı alim Əli Fəhmi haqqında araşdırmalar aparmış, 2011-ci ildə “Adiloğlu” nəşriyyatında “Əli Fəhmi dünyası” monoqrafik kitabını çap etdirmişdir. Bununla da yetinməyən gənc yazar respublika mətbuatında ardıcıl olaraq öz publisistik və tənqidi yazıları ilə çıxış etməkdədir. “Heç şübhəsiz, önəmli iş görmüsən, lakin bunlar sənin sırf öz yaradıcılığın deyil, yaradıcılıq(lar) haqqında yaradıcılığındır. Sən ya şeir ya da hekayə ilə başlasaydın yaxşı olardı. Səndə elmi-publisistik üslub güclü olsa da (necə deyərlər) bədii üslubu gücləndirmən, gəlişdirmən gərəkdir” – şəklində mən də, başqa dostlarımız da ona müəyyən önərilərdə bulunmuşduq. Hətta onun indiyə qədər gördüyü işləri, müəyyən anlamda Sizif əməyi sayanlar da olmuşdur. Lakin Yeqzar, Anadolular demiş, hər şeyə inad yazır, yazır, yenə də yazır. Nə yaxşı, yaza yaza hekayələr yazmağa da başladı.

Yeqzar Cəfərli "Uçurum" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Aysu
    Qonaq Aysu
    Qonaq

    Əladı, Oxumaq istəyirəm

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar