Azərbaycancaaz
Mir.az » Kitablar » Mirzə Fətəli Axundov "Zəmanədən Şikayət" PDF

Mirzə Fətəli Axundov "Zəmanədən Şikayət" PDF

Mirzə Fətəli Axundov "Zəmanədən Şikayət" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. Şair bu şeirində daxili iztirablarını, gələcək haqqında düşüncələrini qələmə almışdır.

M.F.Axundzadənin tərcümeyi-halından göründüyü kimi, o, Şərq poeziyası ilə dərindən məşğul olmuş və onun xüsusiyyətlərini mənimsəmişdir. Bunu şairin bir sıra klassiklər haqqında yazdığı məqalələrindən, yeni ədəbiyyatın qarşısına qoyduğu tələblərdən və klassik Şərq ədəbiyyatına bəslədiyi tənqidi münasibətdən də aydın görmək mümkündür. İstər Zakirə yazdığı məktublarından, istərsə də digər şeirlərindən M.F.Axundzadə böyük qələm təcrübəsi keçmiş görkəmli şair kimi çıxış edir. Lakin M.F.Axundzadə bütün şeirlərində klassik poeziyanı xalq şeiri ilə bağlamış və bu ənənəni inkişaf etdirməyə ciddi surətdə çalışmışdır.

M.F.Axundzadənin şeirlərinin əsas etibarilə fars dilində olmasına baxmayaraq, həmin əsərlərdə Azərbaycan adət- ənənələri, xalq poeziyasının xüsusiyyətləri özünü açıq şəkildə göstərir. Şairin əksər şeirləri klassik poeziyanın məsnəvi və müxəmməs formasında yazılmışdır. Bu əsərlərdən azərbaycanca yazdığı “Molla Əli”, “Hekayəti - Seyyid Ələm Səlyani”, Qasım bəy və Cəfərqulu xana məktublar, bir sıra təcnisləri, müxəmməs və mədhiyyələri göstərmək olar.

Şairin ictimai ruhlu şeirləri fars dilində yazdığı “Zəmanədən şikayət”, “Vanda”, “Əbdürrəsul xanın həcvi”, “Şahmat oyunu haqqında”, “Vəliəhd haqqında” qəsidə, “Yeni əlifba haqqında” mənzumə və s. ibarətdir.

Lakin Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı və həmin ildə “Moskovski nablyudatel” jurnalının 11-ci kitabında çap etdirdiyi “Puşkinin ölümünə şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmiş, Puşkinə olan rəğbətini və onun qatilinə olan nifrətini açıq-aydın ifadə etmişdir...
Mirzə Fətəli Axundov "Zəmanədən Şikayət" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar