Dan yeri söküldükcə Savalan dağının zirvəsində dağ boyunca qırmızımtıl nazik bir xətt göründü. Günəş üzündən qara tülü açdıqca xətt də enlənməyə, dağın zirvəsi boyu yayılmağa başladı. Zirvə qırmızı rəngə büründükcə yamaclardakı qara kölgələr yarğanlar, dərələr uzunu geri çəkildi, gizlənməyə bir bucaq axtardı. Amma günəşin zərrin şəfəqləri onlara aman vermədi: bir andaca kölgələri öz nurunda əritdi. Gözəl bir yay səhəri dağların üzünə güldü. Çalınmış biçənəklər, biçilmiş taxıl zəmiləri yamaclara qəribə bir görkəm vermişdi. Bir kənarı sarı, digər tərəfi yaşılımtıl görünən yamaclar təzə uzadılmış hanaları xatırladır, sanki toxucusunu gözləyirdi. Arabir qımıldanan meh hananın ərişlərinə toxunub keçdikcə ətrafa qəribə səs yayılırdı. Amma bu səsi duyan, eşitmək həvəsinə düşən yox idi. Bunu duyurmuş kimi meh də dodaqlarını sallayıb istədiyinə çatmayan uşaqlar kimi sakitcə kiridi.
Naibə Yusif "Tənha Köç" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz