Saday Şəkərli "Ölümün Yorğun Kölgəsi" PDF
Bu kitabı yaşamama yer tapa bilmədiyim bu Yer üzündə, bu əyalimli-əlimli, durağaq yer olmadığını dərk elədiyim dünyada mövcud olmağımın (yaşamağımın yox!) yalnız illiyi xatirinə nəşr elətdirdim (Məni bu işi görməyə təşrik eləyən dostlar sağ olsun!). Bir-birinin dalınca yaxınlarım İsa İsmayılzadəni, Nüsrət Kəsəmənlini, Abbasağa Azərtürkü, Yaşar Muxtarı, Allahverdi Məmmədlini və filosof qardaşım Yamraq Şəkərlini uzaq səfərə yola saldığımdan, əllərim insanları dünya malına uyumuş bu vəfasız, bu haqsız bu fani dünyadan üzülmüş, sarsılmışdım. Digər tərəfdən də torpaqlarını itirib, məğlub durumda, başıaşağı “yaşayan” bir şairin könül açmayan şeirləri nəyinə gərəkdi?
Yardəbildə Şah İsmayıl Xətainin məqbərəsinə baş çəkib, üzr istədim, Ələbdə Nəsiminin hüzurunda bənövşəyə döndüm, Türkiyədə Iğdırdan Qəhrəman Maraşa qədər Arasla qucaqlaşıb ağladım, Şamaxıda Sabirlə dərdləşdim, uzun zaman dostluq elədiyim xalq şairi Qabili axtarıb (xaricdə yaşayırdım) yerində görmədim, məyus oldum. Bary şəkillər çəkdirib (heç ağlıma da gəlməyib) sənə göstərəyə bilmədim. Bu faciə deyil.
Bir quş dimdiyində meşə yanğınına söndürməyə yetirdiyi su qədər gərəkli olduğumuzu başa düşüb şair qardaşım Abbasağa Azərtürklə Şuşanın müdafiəsinə yollandıq. Bizi Ağdamdan qaytarıb dedilər ki, hələ oğullarımız qırılıb qurtarmayıb ki, şairlərimiz döyüşə getsin.
Çalış bu kitabı oxuma! İndi - şeytan oxumaq fikrinə düşsən, onda Allah xatirinə məni bağışla, keç günahımdan.
Bu yaşa görə isə mənə təbrik yox, başsağlığı düşür.

Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz