Azərbaycancaaz
Mir.az » Kitablar » Aynur Lətifova "Tənhalar klubu" PDF

Aynur Lətifova "Tənhalar klubu" PDF

Aynur Lətifova "Tənhalar klubu" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Biz qəhrəman deyilik. Biz adi,aydan -aya maaşı gözləyən, başı öz məişət qayğılarına qarışan adi insanlarıq. Və bizim bir xüsusiyyətimiz də var ki, hansı ki, bilirdik ki, bu cəhətdən biz tək deyilik, bizim kimi minlərcə insan var. Biz tənha idik. Zahirən dostlarla, sevgililərlə, valideynlərlə, qohum-əqrəbalarla əhatə olunsaq da, biz daxilən tənha idik...

Əslində əvvəlcə ötəri yanaşdığımız, lakin get-gedə ciddi təhlükə halına gələn bu tənhalığı elə özümüz yaratmışdıq. Normal insanların gündəlik həyatdan aldıqları həzz və sevinc bizə adi və mənasız gəlirdi. Məsələn, həftə sonu şəhər gəzintisinə çıxmış “ailə” portretini yaradan ata,ana və 2 azyaşlı uşağa kənardan baxanda, bütün bunlar bizə necə də mənasız gəlirdi: Dünyaya uşaq gətir, ömrünü uşaqlara fəda et, qocalıqda onların necə nankor və vəfasız olduqlarından hər dəqiqə deyinmək üçün...

Əslində valideynlər-yeni evlənən cütlüklər çox yaxşı bilirlər ki, zəmanə get-gedə pisləşir və onlar uşaqlarına yaxşı və parlaq gələcək söz verə bilmirlər. Ama yenə də dünyaya uşaq gətirirlər. Heç özləri də bilmirlər niyə. ama sanki bu yazılmamış qanun insanların psixologiyasına əbədəlik həkk olunub: evlənən kimi dünyaya uşaq gətirmək! Hətta sevgini kəşf etmədən seksi kəşf edənlər bir də ayılıb görürlər ki,dünyaya uşaq gətiriblər və uşaq sevgisizlikdən yaranıb. Və beləliklə sevgisizliyin qurbanları durmadan artır.

Kimlərinsə evini yarmalayan, cinayətkarlar və narkomanlar, əxlaqsızlar da vaxtilə uşaq olublar. Və belə uşaqları dünyaya gətirib söyüş və lənət sahibi olmaqdansa,bundan daha faydalı işlər görə bilərsən.Bir sözlə, dünyaya uşaq gətirmək,ata və ya ana olmaq qəhrəmanlıq deyil!

Aynur Lətifova "Tənhalar klubu" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar