Nermin Bezmen "Kurt Seyt və Şura" PDF
1992-2022
Kurt Seyt və Şura 30 yaşında...
Tarixi bir gerçəyin hekayəsi olan bu romanla, 1892-ci ilin Yaltasından Sankt-Peterburqun səltənət günlərinə, Karpat cəbhəsindən inqilabın cəhənnəminə və nəhayət işğal altındakı İstanbula, 1920-ci illərin Perasına macəra dolu bir səyahət edəcəksiniz. Romanın qəhrəmanları ilə birlikdə polkaların, troykaların sehrli aləmini, inqilabın və müharibənin amansızlığını, parçalanmış Osmanlının son günlərini yaşayacaqsınız.
Kurt Seyt: Mirza Eminovun sərvət və titulla doğulan oğlu; yaraşıqlı, hırslı, cəsur. Çar Nikolayın Mühafizə Alayında gənc bir leytenant olması səbəbindən, bolşeviklərin ölüm siyahısında yer aldı. Qaçarkən gətirdiyi bir qayıq dolu silahı Mustafa Kamalın Quvayi Milliyəsinə təslim etdiyində, qarşılıq istəməyəcək qədər qürurlu idi. Həyatına sıfırdan başlayarkən, sərvəti yalnız qüruru və eşqi idi.
Şura: Hələ on altı yaşında ikən, saf gözəlliyi və gözləntisiz eşqi ilə Seyitin dünyasına girdi. Onun da qaçması lazım gələndə, sevdiyi kişi ilə atıldığı bu macərada, bir daha heç görə bilməyəcəkləri vətənlərinin, ailələrinin, artıq yaşamayacaqları keçmişlərinin həsrətini, çarəsiz kədərlərini, bir-birilərinin eşqlərində dindirməyə çalışdılar.
Əziz oxucu, Türk ədəbiyyatının klassikləri arasında yerini alan bu roman, böyük bir eşqin, müharibənin, inqilabın, həsrət və kədərin hekayəsi ilə, sizi başdan sona özünəməxsus bir dad, maraq və həyəcana sürükləyəcək.
Şərhlər 0
Şərh Yaz