Sümeyye Koç "Hökmdar 1 - İki Yad" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman
- Baxılıb: 3 752
- Yükləndi:
- Yükləyən:
O səhər bütün yerli qəzetlər eyni xəbəri yazırdı: Savaş Kıratlı dünən gecə həyatını itirdi.
Qatili on yeddi yaşında gənc bir qız idi, amma bu həqiqəti yalnız Savaşın qardaşı Aybars biləcəkdi. Ailəsi daxil olmaqla hamı Savaşın intihar etdiyini düşünəcəkdi, çünki ölümünün arxasında qaranlıq bir sirr vardı.
Savaşın öldüyü gecə, ölümü ilə əlaqəsi olan iki kişi ortadan yoxa çıxmışdı. Geridə yalnız Savaşın qatili, özünü həkim olmağa həsr edən, ancaq biləklərinə qandal taxılıb dəmir barmaqlıqların arxasına həbs olunan Berzah Duman və Savaşın Aybarsa yazdığı tapmaca kimi bir məktub qalmışdı.
Həyatı alt-üst olan Berzah baş verənləri geridə buraxmaq qərarı almışdı, amma o məktubun sirrini aça biləcək tək şəxs olduğunun fərqində deyildi. Aybarsın onu həbsdən çıxacağı günə qədər gözləyəcəyini isə heç bilmirdi.
Qarşı-qarşıya gəldikləri gün təhlükəli bir tələyə düşəcəkdilər, amma əsl tələni tale quracaqdı. Çünki onlar əsla bir araya gəlməməsi lazım olan iki yad idilər, amma elə qala bilməyəcəkdilər.
"Əllərimin ödəməli olduğu bir bədəl vardı," dedi gözlərimin içinə baxaraq. "Sızıltısı hələ də yanağımdadır demişdin, mən də bu vaxtdan sonra deyirəm ki, yarası hələ də ovuclarımdadır."
O, ağrını hiss etməyən bir adam idi. Mən isə ağrının özü idim. Ruhum ona son dərəcə yad idi. Nə qədər qaçmaq istəsəm də, bəzi gecələr qəlbim ona sığınardı. Fərqinə varmazdım... O gecələrin sonumuz olacağını bilməzdim.
Mübarizə aparmaq istəyəndə isə gec qalmışdım. Keçmiş bir girdab kimi çəkəcəkdi bizi içinə, baş verənlərin ağırlığı bir çığ kimi çökəcəkdi üstümüzə. Qaça bilməyəcəkdik. Başlanğıcda iki yad idik, amma elə qala bilməyəcəkdik.
Şərhlər 0
Şərh Yaz