M. L. Rio "Əgər Pis Olsaydıq" PDF
📌 1997-ci il. Dellecher Klassika konservatoriyası. Sonuncu kurs aktyorluq tələbəsi yeddi gənc. Bir-birilərindən olduqca fərqli görüntüyə, xarakterə, arzulara malik, ancaq istedadları şübhəyə yer qoymayan yeddi təcrübəsiz, ehtiras dolu ruh.
▪︎ Oliver Marks bu qrupun "yan obrazı"dır. Çox yaraşıqlı deyil, çox istedadlı deyil, kəskin, diqqətçəkən heç bir xarakterik xüsusiyyəti yoxdur. Səssiz, sakitdir. Və müşahidə edir ki, dostlarının hamısı səhnədə məhz səhnə arxasında sahib olduqları rolları canlandırırlar.
📌 Klassik yaraşıqlı, ancaq təkəbbürlü baş rol. Onun sevgilisi olan gözəl, şəhvətli qadın. Hekayənin düşməni. Baş rolun əyləncəli dostları. Hər kəsin öz yeri var və dəyişilməzdir. Ən azından 3 ildir, belə idi.
• Bəs rollar dəyişsə necə ? Növbəti tamaşanın ən mühüm, göz önündə olan rolu ən "sönük" insana verilsə ?
• Dostca rəqabət zamanla öz rəngini dəyişsə, çirkinləşsə, düşmənliyə çevrilsə, necə ?
▪︎Bir ildir hazırlığı gedən tragediya, nəhayət, səhnələşdirildi. Ən gerçək, ən qanlı halı ilə : yeddi dostdan biri öldü. Geriyə qalanlar həyatlarındakı ən çətin, ən mürəkkəb aktyorluq işinin öhdəsindən gəlməlidir :
Polisi və də özlərini məsum olduqlarına inandırmaq...
Şərhlər 0
Şərh Yaz