Azərbaycancaaz
Mir.az » Kitablar » Afaq Şıxlı "Dostlarım mənə də bahar göndərin" PDF

Afaq Şıxlı "Dostlarım mənə də bahar göndərin" PDF

Afaq Şıxlı "Dostlarım mənə də bahar göndərin" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Dostlarım, mənə də bahar göndərin,
Çiçəkli, günəşli bir bahar olsun!
Kəsilsin arası soyuq günlərin,
Nə boran, nə sazaq, nə də qar olsun!

Çox uzaq düşmüşəm isti yuvadan,
Danışın siz mənə eldən-obadan.
Qurtulsun yurdumuz qandan-qadadan,
Evlərdə səadət bərqərar olsun!

Doğmalar görüm mən hər an yanımda,
Nəğmələr qaynasın yenə qanımda.
Yığılın süfrəmə ən xoş anımda,
Hər əziz nemətdən bir nübar olsun!

Qürbətdə ömürdən ömür azalar,
Bənizin açılmaz, canın sozalar.
Yazanda qisməti elə yazalar –
Hər insan elində bəxtiyar olsun!

Bülbüllər verəndə yenə səs-səsə
Qayıda biləydim lap son nəfəsə!
Salamlar söyləyin məndən hər kəsə,
Afaqın sevdiyi Vətən var olsun!

Afaq Şıxlı "Dostlarım mənə də bahar göndərin" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz