“Oxuyana lənət!” Şahin Xəlilin müəllifi olduğu əsərlərdən ibarət kitabdır. Kitabda onun alternativ üslubda həm nəsr, həm də nəzmlə yazdığı yazılarını oxuya biləcəksiniz. Bu kitab onun ilk kitabı “Adsız yol” dan sonrakı - ikinci kitabdır. Kitab satış üçün nəzərdə tutulmayıb. E-book şəklindədir. Ətraflı məlumatı rəsmi səhifələrdən ala bilərsiniz.
“Özünü ağıllı bilib, məni oxuyana lənət! Mən sənə maraqlı heç nə verməyəcəyəm. Məni dərslik kimi oxuya lənət! Mən sənə əxlaq verməyəcəyəm. Məni ədəbiyyat kimi oxuyana lənət! Mən sənə heç nə söz vermirəm. Məni vaxt öldürmək üçün oxuyana lənət! Məndən duyğulu heç nə gözləmə. Səni ağlatmayacağam. Əvəzində güldürəcəyəm. Sən heç bu vaxta kimi özünlə bu qədər yaxın olmamısan. Məni qınamaq üçün oxuyana lənət! Bu kitab sənin güzgündü. Göstərdiklərimi danmısan bu yaşa kimi. Amma bu gün, elə bu dəqiqə möhkəm bir sillə ilə ayıldacağam səni. Məni sona çatdırmadan, yarıda buraxan oxuyana lənət! Bu bizim dueldi. Dueldə isə qalib bir nəfər olmalıdı. Məcbursan atəş açmağa! Yoxsa sənə açacaqlar. Qaydalar aydındı? Yox deyib oxuyana lənət!”
Şərhlər 0
Şərh Yaz