Azərbaycancaaz
Mir.az » Kitablar » Plutarx "Siseron haqqında" PDF

Plutarx "Siseron haqqında" PDF

Plutarx "Siseron haqqında" PDF
  • Reytinq: 2
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Antik Roma stoik filosofu, siyasi xadimi və natiqi Siseronun "Tuskulan söhbətləri" fəlsəfi əsərindən fraqmentlər və aforizmlər:
1. Uzun və ya qısa ömrün ölçüsü də hər şeydə olduğu kimi nisbətdə götürülür. Elə kəpənəklər var ki, cəmi üç gün yaşayırlar. Deməli onlardan bir gün yaşayanı qısa ömürlü, üç gün yaşayanı uzun ömürlü sayılmalıdır. İnsan ömrünü əbədiyyətə nisbətdə götürsək, elə bizim də ömrümüz bu kəpənəklərin ömürləri kimi qısa, bir andır.
2. Likurq qanunları qüvvədə olduğu zamanlar bu xalq (P. S. Spartalılar) çox qüdrətli idi. Onlardan biri düşmənlə söhbət zamanı farsın: "Bizim oxlarımız o qədər çoxdur ki, günəşin üzünü tutacaq" deyə öyünməsinə cavab olaraq, - "Nə olar, kölgədə vuruşaraq! "- demişdi.
3. Deyək ki, dövlətlərində olan möhkəm qayda-qanunlara görə spartalılar möhkəm və cəsur idilər. Lakin tanınmış filosof Feodor Kirenskiy heyranlığa layiq deyilmi? Şah Lisimax onu çarmıxa çəkdirməklə hədələdi, o isə cavab verdi:" Belə hədələri zərzibalı əyanlarına saxla; Feodor üçün isə torpağın üstündə və ya altında çürüyəcəyinin fərqi yoxdur"
4. Acımaq və paxıllıq eyni çomağın iki başıdırlar; kim ki başqasının bədbəxtliyinə acıyır, deməli başqa birisinin xoşbəxtliyinə paxıllıq da edə bilər. (P. S Ziddiyyətli fikirdir.)
5. Feofrast isə ölərkən təbiətdən narazılıq edirdi ki, qarğa və marallara belə uzun və lazımsız, insanlara isə belə qısa, lakin çox lazımlı həyat verib: əgər insan daha çox yaşasaydı, o, öz həyatını bütün biliklərlə zənginləşdirdi. O, şikayət edir ki, nəhayət həyatdan nə isə başa düşməyə başladığı zaman ölür.
6. Hər şey burada bədəndə olduğu kimidir: ehtiras nə qədər köhnəlib, özünü möhkəmlədibsə, onu qəlbdən qovmaq da o qədər çətin olur, necə ki, gözdəki çöpü çıxarmaq, gözün çoxdan baş verən zəifliyini sağaltmaqdan asandır.
7. Afinada birinci şəxs olan Timofey günlərin birində Platonla şam edərkən onun masa arxası söhbətlərindən ləzzət almışdı. Növbəti gün onunla qarşıkaşarkən Platona belə dedi:"Sizin qonaqlığınız ona görə əla idi ki, ondan duyduğum ləzzəti sonrakı gün də hiss elədim". Məlum olmurmu ki, qonaqlıqda yemək-içmək nə qədər çox olarsa, sağlam düşüncə də bir o qədər az olar.
8. Qəlb isə gözün köməyi olmadan da müxtəlif vasitələrlə həzz almaq qabiliyyətinə malikdir: mən əlbəttə ki, yaşamağın mənasını düşünməkdə görən alim adamları nəzərdə tuturam; müdrik insan düşünərkən gözlər onun tədqiqatları üçün o qədər də vacib deyil.
9. Filosofun sifətinin ifadəsi heç zaman dəyişmir-Ksantippa həmişə əri Sokratı ona görə danlayırdı ki, filosofun sifətinin ifadəsi dəyişməz idi- hansı şəkildə evdən çıxırsa, o şəkildə də evə gəlir. Deyilənlərə görə, Sokratın sifətinin ifadəsi həmişə xoş və sakit olmuşdur.
10. Bu təbiətin qanunudur: bizim üçün başlanğıc doğulmağımızdırsa, son- ölümümüzdür, və necə ki, biz doğulana qədər baş verənlərin bizə dəxli yoxdur, eləcə də ölümümüzdən sonra baş verənlər də bizi maraqlandırmır. Elə isə, ölüm nə dirilərə, nə də ölülərə heç bir ziyan vurmadığl halda onun harası şərdir? Axı birincilərə onun dəxli yoxdur, ikinciləri isə o, narahat etmir.
Plutarx "Siseron haqqında" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar