Azərbaycancaaz
Mir.az » Kitablar » David Lindsay "Arkturusa Səyahət" PDF

David Lindsay "Arkturusa Səyahət" PDF

David Lindsay "Arkturusa Səyahət" PDF
  • Reytinq: 10
  • Şərhlər: 0
Populyarlıq 80% 80%


Diqqət Çəkənlər

Elmi-fantastika Klassikləri – 13

"Azad olmaq üçün insanın özünə məxsus bir kainatı olmalıdır."

C.R.R. Tolkien, C.S. Lewis, Alan Moore və Michael Moorcock kimi 20-ci əsr spekulyativ ədəbiyyatının ən böyük adlarını ovsunlayan "Arkturusa Səyahət", hər sirli hekayə kimi, bir toplantı ilə başlayır. Ardından hər axtarış hekayəsində olduğu kimi, qəhrəmanımız uzun və çətin bir səyahətə çıxır. Buna baxmayaraq, "Arkturusa Səyahət"də qarşılaşacağınız bu ağlasığmaz hekayəni başqa heç bir kitabda tapa bilməzsiniz.

"Arkturusa Səyahət"i oxuyarkən özünüzü yaxşı ilə pis arasındakı münaqişənin donma nöqtəsində, kainatın mənası uğrunda verilən mübarizənin ən qızğın anında tapacaqsınız. "Arkturusa Səyahət" təriflənməyə müqavimət göstərən bir kitabdır. Onu birbaşa təcrübə edib ağrı həddini gücləndirməyiniz ciddi şəkildə tövsiyə olunur.

"Arkturusa Səyahət" xəyallar dünyasında bir mənlik axtarışıdır.

"Arkturusa Səyahət"i böyük bir həyəcanla oxudum." – C.R.R. Tolkien "Arkturusa Səyahət dağıdıcı, dözülməz və qarşısıalınmaz bir əsərdir." – C.S. Lewis "Ehtiras və vəhşiliklə bəzədilmiş, sirr dolu bir kitab." – Philip Pullman "İngilis dilində yazılmış çox az roman "Arkturusa Səyahət" kimi qeyri-adi və təsirli olmağı bacarmışdır." – Michael Moorcock

David Lindsay "Arkturusa Səyahət" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz