Edward Page Mitchell "Geriyə Gedən Saat" PDF
- Müəllif:
-
Dil:
- Janr: Elmi-Fantastika
- Baxılıb: 658
- Yükləndi:
- Yükləyən:
Elmi fantastika klassikləri – 72
“Amerika elmi fantastikasının unudulmuş nəhəngi” kimi təsvir edilən, yazdıqlarının çoxunu New Yorkdakı The Sun qəzetində imzasız olaraq yayımlayan Edward Page Mitchell, bir çox sahədə ilk olan yazıçılardandır. "Geriyə Gedən Saat" isə yazıçının ən seçkin elmi fantastika hekayələrinin bir araya gətirildiyi, orijinal bir hekayə toplusudur.
Elmi fantastikanın ən böyük yazıçılarından biri olan H.G. Wells-ə də ilham verdiyi düşünülən Edward Page Mitchell eyni zamanda dövrünün ən uğurlu jurnalistlərindən biri idi. Hekayələri unudulmağa üz tutmuş olsa da, 1973-cü ildə elmi fantastika tarixçisi Sam Moskowitz-in dəqiq işi və nəşr etdiyi ətraflı bir toplu ilə layiq olduğu diqqəti görməyə başlamışdır.
Sevdiyi qadınla evlənmək üçün riyaziyyatın sərhədlərində dolaşmalı olan bir gənci təsvir edən "Takipomp", elmi bir proses nəticəsində görünməz olan bir adamın faciəsini göz önünə sərən "Kristal Adam", zaman maşınını mövzu alan ilk hekayə olan "Geriyə Gedən Saat" bu topludakı hekayələrdən yalnız bir neçəsidir.
Zaman səyahəti, androidlər, zehin transferi, kompüterlər… "Geriyə Gedən Saat"ın səhifələrində elmi fantastika tarixinin dərinliklərindən gələn ilklərə şahid olacaqsınız.
"Geriyə Gedən Saat", elmi fantastikanın ilk qığılcımlarıdır.
“Edward Page Mitchell, Amerikadan çıxmış ən böyük elmi fantastika yazıçılarından biridir.” –Sam Moskowitz
“Bu hekayələrin hər biri çox maraqlıdır.” –Lester Del Rey
Şərhlər 0
Şərh Yaz