Anar "Macal" PDF
Zen fəlsəfəsində fikir, düşüncə həqiqətləri, iş, əməl həqiqətlərindən seçilmir, sözlə fəaliyyət arasında, uyğunsuzluq yoxdur; insanlar yaradılışdan bərabərdirlər: Zen yalnız ictimai təbəqələşməni deyil, istedadla istedadsızlıq, ciddi işlə əhəmiyyətsiz iş arasındakı fərqi də inkar edir. Zen adi şüur məntiqinə qarşı qalxır, normal görünən vəziyyətlərin əcaibliyini açır və eyni zamanda rasional fikrin əcaib saydığı hallarda sadə, təbii məna aşkara çıxarır, məlum həqiqətlərə və nüfuzlu ehkamlara isə şübhəylə yanaşır... Zen ardıcılları öz humanist istəklərini fərdi nəcib davranış və hərtərəfli daxili özünütəkmil vasitəsiylə ifadə edirlər... Dao-şen (V əsrin birinci yarısı) fəlsəfəsində əsas maddə, həqiqətin birdən-birə, qəfildən dərk edilməsi fikridir. Bu filosof belə hesab edir ki, həqiqi kerçəklik ayrı-ayrı parçalara bölünmür və odur ki, tədricən dərk oluna bilməz; həqiqi kerçəklik insanı bir an içində tam dolğunluğuyla işıqlandırır. Zen fəlsəfəsinə görə insan özünü va dünyanı anlamağa çalışır və deməli müəyyən fəaliyyət göstərir, yəni öz-özünü və dunyanı dəyişdirir... İşlənmiş günahları sonrakı yaxşı işlərlə yumaq fikri, gələcək bəxtiyarlıq naminə hazırkı yamanlıqlara bəraət qazandırmaq ideyası, Zen əxlaqına kökündən ziddir… Zen əxlaq prnsiplərinin pafosu insanların əzəli saf varlıqlarının bərabərliyini təsdiq etməkdir.
İnsanların bu təbii bərabərliyi etikanın başqa cəhətlərini də müəyyənləşdirmişdir. Xeyirxah, yaxşı fikir xeyirxah, yaxşı əmələ tən tutulur, hər hansı bir işi dəyər ölçüləriylə
İnsanların bu təbii bərabərliyi etikanın başqa cəhətlərini də müəyyənləşdirmişdir. Xeyirxah, yaxşı fikir xeyirxah, yaxşı əmələ tən tutulur, hər hansı bir işi dəyər ölçüləriylə
Anar "Macal" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 1
Şərh Yaz