Azərbaycancaaz
Mir.az » Kitablar » Hafiz Mirzə "Son və Başlanğıc" PDF

Hafiz Mirzə "Son və Başlanğıc" PDF

Hafiz Mirzə "Son və Başlanğıc" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bu kitab yazıçı-publisist Hafiz Mirzənin kitabsevrlərlə sayca yeddinci görüşüdür. Kitab İsa Məsihin (ə) doğulmasından 3750-ci ilə kimi olan, ədalətsizlik, haqsızlıq və ağır günahlar içərisində davam edən, buna görə də kainata daima qara enerji saçan bəşər tarixinin daha düzgün bədii mənzərəsinin yaradılması və insanlığın dünyanı xilas etmək üçün yubanmadan ayağa qalxması məqsədlərinə xidmət edir. Özünün bəd əməlləri ilə qara enerji xaric edən insanlıq dünyanın və elə özünün də sonunu yaxınlaşdırır. Getdikcə dünyada xaos və anarxiya hökmranlıq edir. Belə bir şəraitdə dünyanı xilas etmək istəyən 7 müdrik və hələ də öz paklığını itirməmiş az sayda insan var. Amma onların ciddi cəhtlərinə baxmayaraq dünyanın sonu çatır. Müdriklər heç olmasa bəşər elminin nəaliyyətlərini başqa qalaktikalara aparmaqla xilas etmək istəyirlər. Bu mümkündürmü və ya kiməsə lazımdırmı? Daha sonra bu dünyanın başlanğıcı olacaqmı? Romanda bu aqibəti doğuran mənəvi, tarixi, iqtisadi, siyasi və ekaloji səbəblər geniş analiz edilir və bütün ümumbəşəri suallara sadə və qəti cavab axtarılır. Eyni zamanda müəllif dünya tarixinin düzgün yazılmamış qaranlıq səhifələrinə işıq salmağa, İslam və xristianlıq, Qərb və Şərq barəsində hər şeyin tam doğrusunu deməyə çalışır. Əsərdəki qlobal hadisələrin təəssüratını ifadə edən müvafiq musiqi səsləri ayrıca təqdim olunur və oxucuya münasib ovqat aşılanır. Bu əsəri ilə Hafiz Mirzə həm də musiqili roman janrının təməlini qoyur.

Hafiz Mirzə "Son və Başlanğıc" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz