2015-ci ildə filmi də çəkilmiş olan "Dəlixanada On Gün" kitabı, nəşr edildiyi dövr əsas götürülərək qiymətləndirilməlidir. Çünki nəşr olunduğu bölgədə səs-küyə səbəb olan bu əsərin ictimai dəyişikliyə töhfə verdiyi düşünülə bilər. Qadına yüklənən sifətlərin cəmiyyətdə yaratdığı qavrayış, onun yalnız ev işləri ilə məşğul olması və uşaqlarına baxmaqla məsul olduğu istiqamətindədir. Bu şəkildə passivləşdirilmiş bir fərd olan qadın, kişi hegemoniyası tərəfindən istənildiyi təqdirdə "ruhi xəstə" damğası ilə dəlixanaya salına bilər və heç kimə əslində xəstə olmadığını belə sübut edə bilməz. Lakin kitabında bu faciəvi vəziyyəti ifşa edən Nelli Blay -bir baxımdan- qadının bir fərd olaraq qəbul edilməsinə, cəmiyyət içində ona verilən sifətlərdən sıyrılıb azad bir duruş sərgiləməsinə kömək etmişdir demək olar.
Ancaq müəllifin bu kitabı təkcə qadın hərəkatına verdiyi ehtimal olunan töhfə baxımından qiymətləndirilməməlidir. Çünki ortada olduqca mühüm bir məsələ də var. Müəllif tərəfindən dövlət qurumlarında edilən pozuntular, xəstə hüquqlarının pozulması, Hippokrat əxlaqına zidd olan faciəvi bir mənzərə çəkilmiş və ictimai quruluşun "özünü dəyişdirmə" -və həmçinin inkişaf etdirmə- zərurəti ələ alınmışdır. Dövrün Amerikasında kişi hegemon sisteminin qadına baxış bucağını mümkün qədər tənqid etdiyi anlaşılan müəllif, işləyən qadına pis gözlə baxılmasını və məhkəmə orqanlarında (polis, hakim, müfəttiş kimi xarakterlər vasitəsilə) olan kişi hegemonluğunun qadına tətbiq etdiyi təzyiqə də toxunmuşdur.
Şərhlər 0
Şərh Yaz