Türker Kılıç "Necə Daha Yaxşı və Gözəl Bir Həyat Qura Bilərik?" PDF
- Müəllif:
-
Dil:
- Janr: Elmi | Mühəndislik
- Baxılıb: 957
- Yükləndi:
- Yükləyən:
"Hər hansı bir sahədəki üstünlük iddiası, dünyanın mərkəzi olduğunu düşünən insan üçün keçərli idi. Halbuki indi çayın, torpağın, dənizin, havanın, quşun, həşəratın varlığına bağlı olduğumuzu bilirik. Bu məlumatı bir həyat tərzinə çevirdiyimizdə yeni bir həyat uzanacaq qarşımızda."
Pandemiya bizə yeni bir dünyanın astanasında olduğumuzu göstərdi, təcrübə etdiyimiz amma hələ mənasını anlaya bilmədiyimiz bir dünya... Halbuki yeni elm, bizə bu dünyanın sürətlə gəldiyini xəbər verirdi. Həyatın təməl daşının atom deyil, informasiya olduğunu, kainatdakı hər şeyin içində olduğu bağlılıq şəbəkəsi ilə var olduğunu son illərdə ardıcıl Nobel alan neyroelm və riyaziyyat sahəsindəki araşdırmalar göstərmişdi. İnsan tək deyildi, bənzərsiz deyildi, üstün deyildi; insan kainatda həyat üçün var olan canlılardan biri idi sadəcə. Bu anlayış tamamilə yeni bir dövrün, hüququn, təhsil sisteminin, dəyərlər sisteminin xəbərçisi idi.
Prof. Dr. Türker Kılıç, Necə Daha Yaxşı və Gözəl Bir Həyat Qura Bilərik? sualını neyroelmlə cavablandırır və bizə təkcə özümüzü deyil, ətrafımızı da dəyişdirəcəyimiz yeni bir perspektiv təklif edir. Dünyaya hər səhər eyni həyəcan, eyni maraqla baxmağımızı təmin edəcək, gündəlik həyatı sürprizsiz yeknəsəqliyindən xilas edəcək bir perspektiv. Həyata və yaratmağa borclu olduğunu düşünən yeddidən yetmişə hər kəsin baş ucunda saxlayacağı kitab.
Şərhlər 0
Şərh Yaz