Arizona səhralarında izah olunması mümkün olmayan dəhşətli bir təyyarə qəzası. Londonda ardıcıl olaraq qəzalara uğrayan bir qrup tarixçi. On üç il əvvəl üç uşağı ilə birlikdə naməlum yerə yoxa çıxan bir qadın... İncillərdən birinin içində olduğu güman edilən bir əlyazma, qədim dövrlərdən qalan bir xəncər və hadisə yerində görünən, amma kim olduqları, haradan gəldikləri heç cür müəyyən edilməyən insanlar... Onlar izlərini qumla örtürlər və yalnız lazım olduğu zaman gizləndikləri yerdən çıxırlar. Sirri öyrənənləri öldürmək üçün... Bu sirr yalnız onlara məxsusdur, Âdəm övladına isə heç vaxt məlum olmayacaq. Vaxtı çatana qədər... X-Men və Fantastic Four kult komiks kitablarının əsas müəllifi, bu dəfə Adam Blake təxəllüsü ilə oxucuların qarşısına çıxır. İsanın ölümü ilə bağlı bildiyiniz hər şey... bir yalandır!
Şərhlər 0
Şərh Yaz