İkinci Dünya Müharibəsindən sonrakı illərdə Nyu Yorkda yaşayan varlı bir ailənin qızı olan Qradi MakNil, yaxınlaşan yay tətilini tək keçirəcəyini öyrənincə çox sevinir. Ailəsi səyahətə gedərkən Qradi azad və xoşbəxt bir dünyanın qapılarını aralayır, onu xəyalına belə gətirə bilməyəcəyi bir sevgi macərası gözləyir. Ancaq Bruklindən olan yəhudi bir gənclə yaşayacağı bu ehtiraslı sevgi, eyni zamanda kədər və hüzn buludlarını da gətirəcəkdir.
2004-cü ilin payızında Nyu Yorkdakı Sotheby’s hərrac evindən Truman Kapote Ədəbiyyat Fonduna bir zəng gəlir. Onların əlində Kapoteyə aid dörd dəftərə yazılmış bir roman dosyesi vardır. Kapoteni “Tiffanidə Səhər Yeməyi”nə aparan yazı ustalığının ilk izlərini daşıyan bu dosyenin adı “Yay Dəliliyi”dir. Yazıçının ölümündən tam iyirmi il sonra ortaya çıxan bu ilk roman, bütün Kapote mütəxəssislərini və oxucuları möhkəm quruluşu və təəccüblü dərəcədə orijinal üslubu ilə valeh etmişdir.
Şərhlər 0
Şərh Yaz