Azərbaycancaaz
Mir.az » Kitablar » Hamdi Tayfur "Kusayın Məkkə İnqilabı" PDF

Hamdi Tayfur "Kusayın Məkkə İnqilabı" PDF

Hamdi Tayfur "Kusayın Məkkə İnqilabı" PDF
  • Reytinq: 9
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

"Kusay... Kilabın oğlu Zeyd kimi başladığı həyatını, Ərəblərin İsmail Peyğəmbərdən sonrakı ən böyük atası Kusay kimi tamamladı... O, Məhəmmədin atası Abdullahın babasının babası idi.

Məkkədən və qəbiləsi Qureyşdən uzaqlarda böyüdüyü üçün, yurdsuzluq və qəbiləsinin himayəsindən uzaq olmanın sağalmaz ağrısı ruhunun dərinliklərinə kök saldı.

Qəsb edildiyini düşündüyü Məkkəsini bir inqilabla geri aldı və Qureyşi sürgündən xilas edərək Ərəblərin ən şərəfli qəbiləsi halına gətirdi. Onlara "əhlullah" mərtəbəsini qazandırdı. Kəbəni də Hicazda yüzlərlə nümunəsi olan sadə bir ibadət mərkəzindən Allahın evi səviyyəsinə yüksəltdi. Onun zamanında Məkkə yüksəldi və o bu şəhəri nəvələrinə hədiyyə etdi. Onlara böyük hədəflər göstərdi.

Bu roman təkcə hekayənin baş qəhrəmanı Kusayın həyatından və Məkkə inqilabını necə etdiyindən ibarət deyil şübhəsiz... Romanın insan qəhrəmanı "Kusay"dır; amma məkan qəhrəmanı "Məkkə"dir. Məkkədəki tarixi dəyişimin arxa üzüdür.

Romandakı müqəddəs qəhrəman "Kəbə"dir. Kəbənin müqəddəsliyi və dini dəyərinin siyasi və ticari arxa plana bağlı olaraq göstərdiyi dəyişimdir.

Və hekayənin keçdiyi zaman "Cahiliyyə Dövrü"dür. Bir qismi rədd edilən, bir qismi də İslama keçən tərəfləri ilə ətraflı bir "Cahiliyyə Dövrü" təsviri edilməkdədir romanda."

Hamdi Tayfur "Kusayın Məkkə İnqilabı" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz