"Lənətlilərin Müdafiəçisi" kimi tanınan vəkil Maykl Haller bu dəfə nəfəs kəsən bir hüquq mübarizəsinə atılır!
Artıq əvvəlki kimi cinayət işləri tapa bilməyən Haller, icra işlərinə baxmağa başlayır. Lakin tale onu yenidən böyük bir mübarizəyə sürükləyir: Evini müsadirə etmək istəyən bankiri öldürməkdə ittiham olunan Liza Trammelin müdafiəsini üzərinə götürür. Mövcud sübutlar və onun öz instinktləri müvəkkilinin günahkar ola biləcəyini göstərsə də, Haller və komandası onu bəraət etdirmək üçün bütün bacarıqlarını səfərbər edir.
İndi onun yeganə məqsədi münsiflər heyətini inandırmaqdır. Çünki bir münsifin belə fikrində şübhə toxumu cücərtməsi bu çətin işi qazanmaq üçün kifayət edə bilər…
Maykl Konelli bu gərgin və sürükleyici romanı ilə oxucularına növbəti dəfə ustalıqla qurulmuş bir ədalət savaşı təqdim edir.
Şərhlər 0
Şərh Yaz