Əli Aslanoğlu "Sözün rəngi" PDF
Kitabda toplanmış şeirlər keşməkeşlı və təzadlı zəmanəmizin gerçəkliklərinə şairin münasibətinin orijinal poetik ifadəsi kimi maraq doğurur. Topluya daxil edilən əsərlər forma və məzmun rəngarəngliyi, eləcə də işlənmənin sənətkarlıq səviyyəsi ilə diqqət çəkir.
Əsasən qəzəl ustadı kimi tanıdığım Əli Aslanoğlunun “Sözün rəngi” şeirlər toplusuna bu ön sözü yazarkən nədən başlamaq üstündə xeyli fikirləşməli oldum. Ona görə ki, Əlinin həm yaradıcılığına, həm də bir insan kimi şəxsiyyətinə bələdçiliyim var. Onun çoxtərəfli və geniş dünyagörüşünə, analitik təfəkkürünə bələdəm, dəqiq elmlər, fəlsəfə, ədəbiyyat, jurnalistika və musiqi sahəsində irihəcmli monoqrafiyadan tutmuş, publisist məqalələrə qədər yüzdən artıq əsər yazdığı barədə məlumatlıyam. Əsərlərindən açıq-aydın sezmək olur ki, onda olduqca yüksək yazı məsuliyyəti və mədəniyyəti var. Əli Aslanoğlu mənim gözümdə sənəti və şəxsiyyəti bir-birini tamamlayan çox az ziyalılarımızdan biridir
İndi keçək əsas məsələyə
Şair üçün, ümumiyyətlə qələm adamı üçün məfkurə tutumu, düşüncə əhatəliliyi birinci şərtdir. Tanrı bu qabiliyyəti Əlidən əsirgəməyib və bu səbəbdəndir ki, o, öz qələmini ədəbi janrların demək olar ki, bütün növlərində uğurla sınaqdan keçirə bilib. Kitaba daxil edilən şeirləri mövzu və ideya istiqamətinə görə üç hissəyə bölmək olar: vətənpərvərlik, ədalət düşüncəsi və saf məhəbbət duyğuları.
Şərhlər 0
Şərh Yaz