Azərbaycancaaz
Mir.az » Kitablar » Etibar Vəliyev "Analı Dünyam" PDF

Etibar Vəliyev "Analı Dünyam" PDF

Etibar Vəliyev "Analı Dünyam" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Hər bir bədii kitab müəllifin duyğu və düşüncələrinin ədəbi müstəvidə inikasıdır. Məlumdur ki, şair kitabdan-kitaba öz yaradıcılıq dünyasının sərhədlərini genişləndirməli və yeni poetik ovqatı ilə oxucu marağını qazanmalıdır. Poetik topluların başqa bədii kitablardan fərqli cəhətləri də var. Ən başlıca və diqqətçəkən məziyyət odur ki, bircə şeirlə də müəllifin poetik gücünü, iqtidarını görmək mümkündür. Bəzən bir şeir bütöv bir yaradıcılığın, bir şair taleyinin poetik indeksinə çevrilir və bu uğur müəllifə sənətkar etiketi qazandırır. Tutduğu vəzifə mövqeyindən, qazandığı titullardan, fəxri adlardan asılı olmayaraq hər bir şair şeirindən, misrasından boylanır. Şeirin bədii səviyyəsini ifadə edən elementlər sırasında başlıca məharət müəllifin qələmə aldığı mövzuya yanaşmada öz baxış bucağını göstərə bilməsidir. Digər ədəbi janrlar kimi şeirdə də bədii ümumiləşdirmə səriştəsi şairin yetkinliyinin, dolğun əsərlər yaratmaq bacarığının əyani təzahürüdür. Mahiyyət etibarı ilə ədəbiyyatda bütün mövzular işlənmişdir. Lakin istedadlı qələm sahibləri, “köhnə” mövzulara da öz poetik nəfəsi ilə yeni ruh verə bilir, məhz poetik ruhun canlılığı, təravəti şairin özünəməxsusluğunu şərtləndirən amillər sırasındadır.

Etibar Vəliyev "Analı Dünyam" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz