Carl Sagan " Nüvə Qışı" PDF
- Müəllif:
-
Dil:
- Janr: Araşdırma | Elmi-Kütləvi | Populyar Elmi | Astronomiya
- Baxılıb: 671
- Yükləndi:
- Yükləyən:
Bu gün dövlətlər birbaşa müharibə etməkdənsə, “vasitəçilər” vasitəsilə gizli şəkildə mübarizə aparırlar. İki dövlət bir münaqişə bölgəsində “dost” kimi davranarkən, başqa bir münaqişə bölgəsində “düşmən” kimi davrana bilir. Dost ilə düşmənin bu qədər qarışmasına böyük ölçüdə nüvə silahlarının çəkindiriciliyi səbəb olub. Lakin nüvə silahlarının əsas çəkindiriciliyi alimlərin siyasətçiləri bu silahların dönüb dolaşıb öz xalqlarını vuracağına inandırmasından irəli gəlir. Sagan və Turco-ya görə, böyük bir nüvə müharibəsindən sonra partlayışlardan və yanğınlardan yüksələn nəhəng miqdarda tüstü, his və qurum uzun müddət səmada qalaraq dünyanın soyumasına səbəb olacaq. Kənd təsərrüfatı istehsalı iflic olacaq, bombalardan və radiasiyadan sağ qalan insanlar aclıqdan, susuzluqdan və epidemiyalardan öləcəklər. Bəlkə də insan növü tamamilə yox olmayacaq, amma müasir sivilizasiya məhv olacaq. Müharibənin qalibi olmayacaq. Onlar bu fəlakətə “nüvə qışı” adını verirlər.
Carl Sagan oxucularını elm, siyasət və hərb üçbucağında zehni bir ziyafətə dəvət edir.
Şərhlər 0
Şərh Yaz