Elşən İsmayıl "Hekayəti-Türküstan - Batur oğlu Baysan" PDF
- Müəllif:
-
Dil:
- Janr: Tarixi | Tarixi Roman | tarixi
- Baxılıb: 69
- Yükləndi:
- Yükləyən:
8-ci əsrdə Türküstan ərazisində Talxan və Cürcan şəhərləri vardı. Bu şəhərlərin əhalisi olduqca sakit və hüzurlu bir yaşam arzusunda obalarında yaşayırlar. Günlərin bir günü isə Türk obaları arasında bir nifaq düşdü. Bu nifaq Türkləri bir-birindən ayrı saldı. Türk bəyləri Türküstanın böyük müdrik alimi və filosofu sayılan Ulu Turxan Atanın birlik çağırışlarına məhəl qoymurdular. Hər kəsin öz bəhanəsi vardı. Amma bu zaman sanki Tanrı Türkləri birliyə səsləmək üçün cəzalandırmaq istədi. Bu cəza isə çox ağır oldu...
Xorasana get-getə yaxınlaşan Əməvi ordusu Türklər arasında çaxnaşmaya səbəb oldu. Əməvilər İslam peyğəmbəri həzrəti Məhəmmədin varisi həzrəti Hüseyni xainiklə öldürüb Xilafəti ələ keçirmişdilər. Və İslamı, Quranı, Şəriəti öz qanunlarına, öz şəxsi mənafelərinə görə dəyişdirib sistemi yenidən formalaşdırmışdılar. İndi Əməviləri Allahın birliyinin təbliğindən daha çox, torpaq işğal etmək, çoxlu qızıl və qadın əldə etmək üçün xarici işğallar maraqlandırırdı. Xorasanı vəhşiliklə, qeyri-insani və qeyri-hərbi üsullarla işğal edən ərəblər, birmənalı olaraq girdikləri hər şəhər və kənddə təslim oldu-olmadı hər kəsi yağmalamağa, əli silah tutan kişiləri qılıncdan keçirib, qadın və uşaqları, qocaları qul kimi əsir etməyə başladılar. Bir müddət sonra Türküstan da eyni taleyi yaşadı...
Şərhlər 0
Şərh Yaz