Oğuzhanı seçən mən idim. Məni seçən o idi. İlk baxışda, ilk salamda, ilk öpüşdə, ilk sevişməmizdə bizi bir-birimizə bağlayan biz idik. İlahi güc deyildi. Həm ilahi güc dediyimiz nədir? Hər birimiz Yaradanın bir parçasıyıq. Hamımız ona dönənə qədər təkamül yolunda yürüyürük. "Ənəl-Həqq" deyəndə qəzəbləndilər Həllac Mənsura. Amma haqlı idi. Həyatımıza kimi alırıqsa bir səbəbi var. "Təvafüq" kəlməsinə də inanıram. Hər kim gəlirsə həyat yolunda qarşına, sənə öyrədəcəyi bir şey vardır.
Oğuzhan mənə sevməyi, aid olmağı, özündən başqa birinə güvənə bilməyi öyrətdi. Rənglərim yox idi o həyatıma gəlmədən öncə. Ağ-qara görürdüm dünyanı öz çərçivəmdən. Cürbəcür rənglər qatdı həyatıma. Kətana çəkdiyim boyalarım artıq çox rəngli. Yenə də ən sevdiyim rəng onun gözlərinin qəhvəyi rəngidir. Mənə eşqi tərif et desələr minlərlə tərif edə bilərəm. İşim budur. Dastan yazaram, yazdım, yazıram. Amma uzatmadan tək bir kəlməyə endirərsəm əgər "İnam" deyərəm.
Eşq böyük bir inanmaqdır. Özünə inanmaq. Sevdiyinə inanmaq. Birlikdə ikən kimsənin qarşınızda dura bilməyəcəyinə inanmaq. Və Allaha inanmaq. Belə bir duyğunun yalnız Yaradan tərəfindən bəxş edilə biləcək bir lütf olduğuna inanmaq... İnanmaq...
Şərhlər 0
Şərh Yaz