Qaranlığın içində həbs olunduğun hər gün eyni başlayır və bitir. Əraf'da qalmış ruhun nə işığa yeriyə bilir, nə oda. Oturmuşsan bir küncdə, içində qoparılan qızılca qiyamətə mənasızca baxırsan. "Dayanın, etməyin, artıq bəs" deyirsən, içindəki bir-birini yeyən səslərə hər səhər. Sözün eşidilmir. Səsin çıxmır. Səsini, sözünü həyat oğurlayır. "Daha nə deyim ki mən?" deyir ruhun. Gün həmişə eyni düşüncələrlə başlayır və bitir. Saatlar günlərə, günlər həftələrə, həftələr aylara çevrilir.
Hər kəsin hər şeyi edə biləcəyini bilsən də, yenə də sevdiyinə xəyanəti qəbul edə bilmirsən. "Dünyada heç bir şey məni təəccübləndirə bilməz" deyərkən, böyük danışdığını anlayırsan. Səbəb axtarırsan, içini sakitləşdirəcək yeganə bir səbəb. Onunla yaşadığın hər anı düşünürsən təkrar-təkrar. Bir səbəb tapa bilmək üçün çırpınsan da, cavabsız qalır sorğulamaların. "Bizə bunu edə bilməz" deyirsən. Bizə bunu edə bilməz. İnanmaq istəmirsən gördüklərinə.
Aşqıyla alış-veriş yandığın gecələri düşünürsən sonra. Yalan idimi hamısı? Gözlərinin içinə baxanda ruhuna toxunan ruhu yalan idimi? Hər toxunuşunda özünü aid hiss etdiyin qollar əslində heç qucaqlamamış mıdı səni?
Suallar sarıyır ruhunun hər küncünü. Cavablarını öz xəstə ruhunun verdiyi əskik suallar. Niyə? Dayanıb "Niyə axı?" deyirsən ixtiyarsız. Ən amansız cavabı verirsən sonra özünə. Əslində səni heç sevməmişdi. Onda gördüyün hər şey əslində sənin ona biçdiyin roldan ibarət idi...
Şərhlər 0
Şərh Yaz