Azərbaycancaaz
Mir.az » Kitablar » Surxay Subu "Sovetin məmur dana başları" PDF

Surxay Subu "Sovetin məmur dana başları" PDF

Surxay Subu "Sovetin məmur dana başları" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 0% 0%


Diqqət Çəkənlər

Mirzə Cəlil, Allah sizə rəhmət eləsin! Siz “Danabaş kəndinin əhvalatları” əsərində bir qrup mülkədar və kapitalistlərə xidmət edən cəmiyyətin eybəcərliklərini ustalıqla təsvir edərək oxucuların düşüncəsində inqilab yaratdınız. Aradan yüz iyirmi səkkiz il keçməsinə baxmayaraq, əsərin təsiri hələ də hiss olunmaqdadır. Çünki cəmiyyət öz nöqsanları ilə yaşadıqca yeni danabaşlar da meydana çıxır.  

Sizin qələmə aldığınız danabaşlar cəmiyyətin cahilliyindən və mövhumatın yayılmasından qaynaqlanırdısa, Şura hökuməti dövründə yaranan yeni danabaşlar daha məkrli və gizli fəaliyyət göstərərək sadə zəhmətkeş insanların iztirabına səbəb oldular. Xalqın adından çıxış edən, lakin gerçəkdə öz mənfəətini güdən bu “hozu məmurlar” Seyid Əzim Şirvaninin Həsən bəy Zərdabiyə müraciətlə yazdığı “Ey, Həsən bəy, müəllimi-dana” misrasını öz məqsədlərinə uyğun şəkildə pərdələməyə çalışırdılar.  

Yeni cəmiyyətin “müəllimi-dana”ları kimi görünmək istəsələr də, onlar tülkü kimi hiyləgər, tamahlarına əsir olmuş və əvvəlki danabaşları kölgədə qoyacaq qədər fırıldaqçı idilər. Palançılar, Zırramalar, Şəbədəçilər əyalətlərdə peyda olub, böyük Sabirin mülkədar və kapitalistləri satirik hədəfə çevirdiyi kimi, öz dövrünün riyakar simalarına çevrildilər.

Surxay Subu "Sovetin məmur dana başları" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz