Azərbaycancaaz
Mir.az » Kitablar » Paulo Coelho "Kimyagər" PDF

Paulo Coelho "Kimyagər" PDF

Paulo Coelho "Kimyagər" PDF
  • Reytinq: 139
  • Şərhlər: 16
Populyarlıq 78% 78%


Diqqət Çəkənlər
Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.

Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.

Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.

Rio-de-Janeyroda Böyük Yaradılışla ciddi surətdə məşğul olan iki-üç alim tapdım, lakin onlar mənimlə görüşməkdən imtina etdilər. Özünü kimyagər sayan, laboratoriyası olan çoxlu adamla tanış oldum, onlar ağlagəlməz məbləğə öz məharətlərinin sirrini mənə öyrətməyi təklif edirdilər; indi başa düşürəm ki, onlar öyrətməyə hazırlaşdıqları şeydən heç nə anlamırdılar.
Paulo Coelho "Kimyagər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 16

Şərh Yaz
  1. Okuryus
    Okuryus
    Cahil
    sonu bir qədər qəribə bitsə də ələ kitabdır. Zövqlə və böyük bir həvəslə oxudum.
    --------------------
    Önce dinle...
  2. Cinare Soltanaliyeva
    Cinare Soltanaliyeva
    Qonaq
    Kitabı yükləyə bilmurəm qeydiyatdan keçin gəlir amma qeydiyyatdanda keçmişəm
    1. Ayten Raqimova
      Ayten Raqimova
      Qonaq
      Ekran şəkilini çəkib. whatsapp nömrəmizə göndərə bilərsiniz?

  3. Arzu Meherremli_2
    Arzu Meherremli_2
    Şərhçi
    Osman Aysunun kitablarını yükləsəniz çox yaxşı olar.Əvvəlcədən təşəkkür
  4. Benim kombinim
    Benim kombinim
    Qonaq
    Kitabın adını eşitmişdim amma oxumamisdim . İndi yuklemeye ceht edirəm
  5. əladır Agayev
    əladır Agayev
    Qonaq
    Salam
  6. Frodolff
    Frodolff
    Qonaq
    Sonlarına çatıram, gözləntinin o qədər üstündə olmasada, maraqlıdı
    1. Okuryus
      Okuryus
      Cahil
      Sonu daha maraqlıdır. ?
      --------------------
      Önce dinle...
  7. fidayeva ulve
    fidayeva ulve
    Qonaq
    Qeydiyyatdan keçdim alinmadı
  8. Qonaq Zeyneb
    Qonaq Zeyneb
    Qonaq
    Salam məndə qeydiyatdan keçirem deyir bu mail adresle qeydiyat olunub ne esim ?

    1. Loreyn
      Loreyn
      İdarəçi
      Demək ki, əvvəl qeydiyyatdan keçmisiniz.
      Şifrənizi sıfırlayın və sayta giriş edin.
  9. Qonaq Zeyneb
    Qonaq Zeyneb
    Qonaq
    Sıfırlayın deyende necə zehmıt olma deyin
  10. Sixiyev İzzet
    Sixiyev İzzet
    Qonaq

    Tamdı kitab yoxsa bir nüsxədi

  11. Spike_Aze Bs
    Spike_Aze Bs
    Oxucu

    gesey kitabdi oxumaqa deyer

  12. Elşən Mamedov
    Elşən Mamedov
    Oxucu

    Necə olur ki,belə məhşur kitabın azərbaycan dilində pdf-i yoxdu?


  13. Serenida
    Serenida
    Oxucu
    Sağolunnnnn

Şərh Yaz