Qəlblərə toxunan unudulmaz romanları dünyada 20 milyondan çox satan Colleen Hoover, Verity-dən də yaxşı tanıdığınız möhtəşəm süjet qurma istedadı ilə bir daha qarşınızdadır!
Dəhşətli yanğından ağır yanıq xəsarətləri ilə xilas olmuş Fallon, Los Angeles-dan köçəcəyi gün yazıçı olmaq yolunda inamla irəliləyən Ben ilə tanış olur. Aralarındakı gözlənilməz cazibə səbəbindən Fallon şəhərdəki son gününü onunla birlikdə keçirir. Bu gözlənilməz görüş Benə yazmaq istədiyi roman üçün axtardığı ilhamı verir. Birlikdə olduqları zaman yaşadıqları güclü duyğuların təsiri ilə ayrılmaqda çətinlik çəkən cütlük hər il eyni tarixdə görüşməyə və il ərzində heç əlaqə saxlamamağa qərar verir. Lakin bir gün Fallon Benin heç danışmadığı tamamilə başqa bir hekayəsi olub-olmadığını sorğulamağa başlayır. Aşiq olmağa başladığı adamın bütün həyatını elə bir roman kimi qurub-yaşayıb-yaşamadığını öyrənməlidir.
Şərhlər 0
Şərh Yaz