"Həyatda bəzi şeylər var, izi qalır..."
Bəlkə də biz fərqli rənglər idik, eyni kubun fərqli tərəflərində olmaq bizim yeganə taleyimiz idi.
“Gözlərinizi açdığınızda dağıdılmış bir evdə oyanacaqsınız. Tək çıxış yolunuz yerin altındadır. Özünüzü tapdığınız çıxış nöqtəsi dörd bir yanı kameralarla əhatələnmiş, hər an izlənən bir platonun içindədir. Yeganə məqsədiniz isə meydandakı ipuclarını izləyərək evləri tapmaqdır. Bütün yarışmacılar evləri tapdığı an qalib müəyyən olunacaq. Belədirsə, sizi itirməyimizi istəyirsiniz?”
Kumru, Uraz, Nisan, Eren və Bulud seriyanın ikinci kitabında yenidən yerin altında və yenidən kameraların qarşısındadır. Üstəlik, bu dəfə onları həqiqi bir yarış, həqiqi bir mübarizə gözləyir. Lakin xəyal qırıqlıqları onların yaxasını heç vaxt buraxmır. Bəs bu dəfə o qapıdan keçib evlərinə qayıtmağı bacaracaqlarmı?
"Zehnimdə bir dəftər təsəvvür etdim. Əvvəl sağ əlimlə ağrılarımı yazdım, sonra sol əlimlə təsəllilərimi. Sağ əlimlə əzab çəkdim, sol əlimlə isə özümü ovutdum."
Şərhlər 2
Şərh Yaz