Azərbaycancaaz
Mir.az » Kitablar » Suvorovskaya Mariya "Xəzər üzərində yelləncək" PDF

Suvorovskaya Mariya "Xəzər üzərində yelləncək" PDF

Suvorovskaya Mariya "Xəzər üzərində yelləncək" PDF
  • Reytinq: 2
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bu xanım “Biznes-Dialoq Media” təşkilatının baş direktoru, Moskva vilayəti Ticarət-Sənaye Palatasının İşgüzar kommunikasiyalar və sosial innovasiyalar komitəsinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Mariya Suvorovskayadır.

Mariya dəfələrlə Azərbaycanda olub, iki ölkə arasında işgüzar və ticarət əlaqələrinin qurulması və inkişafı naminə bacarığını əsirgəməyib. Bakıda qazandığı dostlarının sayı onun təmsil etdiyi təşkilatın tərəfdaşlarından qat-qat çoxdur. O ki qaldı “Xəzər üzərində yelləncək” məsələsinə, bu, Mariya Suvorovskayanın kitabının adıdır. Kitab ötən il rus dilində Moskvada çap olunub. Bu il isə Azərbaycan oxucusu Mariya Suvorovskayanın ölkəmizə və xalqımıza məhəbbət dolu kitabı ilə tanış olmaq imkanı qazanıb. Beləliklə, işgüzar dairələrin, biznes mətbuatını izləyənlərin tanıdığı imzanın əhatə dairəsi bədii ədəbiyyat sevənlərin çevrəsi qədər genişlənib.

Bəs bu kitab nə barədədir? Müəllif “Xəzər üzərində yelləncək”, onun qəhrəmanları barədə danışmazdan öncə kitabın anonsunda belə yazır: “Hər birimiz həyatımız boyu bircə dəfə də olsa, taleyüklü yelləncəyin girovuna çevrilmək, bizə rahatlıq verməyən emosiyalarla dolu qəlbimizi sonsuzluğa aparmaq arzusunda olmuşuq. Lakin bu zaman dayanmaq və seçmək imkanımız da var. Yaşadığımız adrenalini özümüzə yaxın bildiyimiz sakitlik və sabitliklə əvəz edə bilərik. Hansı yaxşıdır, sakitlik, yoxsa qəfil zərbə? Ritorik sualdır, deyilmi?!
Suvorovskaya Mariya "Xəzər üzərində yelləncək" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar