BİR QUMARIN İÇİNDƏSƏN, YOXSA ŞAHPANIN ÜSTÜNDƏN DÜŞƏN PİYADALARDAN BİRİSƏN?
Gizlinlər, xəyanətlər və qaranlıqlarla hörülmüş bir dünyanın qapıları aralanır. Taledən ipləri ələ alanlarla bu iplərdə asılı qalanların savaşı başlayır. Ən vacib qayda: ov deyil, ovçu olmaq!
Güc naminə yazılmış qaydalar, məcburi bağlılıq və amansız bir ədalət sistemi. Kimisi bu xətdə addımlayır, kimisi isə öz cəhənnəminə yuvarlanır. Soyadlarının kölgəsində böyüyən gənclər, taleyin onları apardığı bu savaşda ya ov olacaq, ya da ovçu. Amma unutmayın ki, hər ovçunun arxasında qaranlıq bir kölgə var.
Narbekovlar, Olovlar, Borisovlar və Ələmlər... Dörd böyük ailə tərəfindən qurulan "Aslanlar" təşkilatı, qanla yazılmış qaydalarla güc balansını qorumağa çalışır.
Duzah, güc və intiqamın sərhədlərində dolaşanların, qaranlıqda öz işığını axtaranların hekayəsidir.
Artıq Nemea Vadisinə addım atan hər kəs tamam başqa biriyə çevrilir!
Şərhlər 1
Şərh Yaz