Hüseyin Çelik "Sultan Əbdülhəmid" PDF
Osmanlının son güclü padşahı olan Sultan Əbdülhəmid, tarixçilər arasında və ictimaiyyətdə adətən ya müqəddəsləşdirilib bir səadət dövrünün hökmdarı, “Ulu Hakan” kimi qəbul edilir, ya da təhqirlərlə dolu bir nifrət obyektinə, “Qanlı Sultan”a çevrilir. Belə ifrat və təfrit yanaşmalardan uzaq duraraq bu əsərində Hüseyn Çelik “Sultan Əbdülhəmid məsələsi”ni müxtəlif suallar və cavablar vasitəsilə, tarixi məlumat və sənədlərə əsaslanaraq, lakin detallarla yükləmədən, sadə bir dil və üslubla təsvir etməyə çalışır. Əbdülhəmidin doğru və səhvlərini bilmək istəyənlər üçün əsl bələdçi.
“Tarixi oxumaq, maşın sürən bir şəxsin arada bir ehtiyac olduqda arxa güzgüyə baxmasına bənzəyir. Unutmayaq ki, ön şüşə arxa güzgüdən yüz qat böyükdür. Ön şüşəyə baxıb maşın sürməli olan bir sürücü daim arxa güzgüyə baxarsa, maşını ya divara, ya da qayaya çırpar. Bilmək lazımdır ki, bu günümüzün zəiflik və nöqsanlarını keçmişin bəzəkləri ilə kompensasiya edə bilmərik. Xəyallarını xatirələrinin önünə çıxara bilməyən insanlar və ya cəmiyyətlər gerçək uğur hekayələri yaza bilməzlər.”
“Məsələnin mahiyyəti odur ki, keçmişə düşmənçilik, tarixə və əcdada düşmənçilik nə qədər xəstə bir ruh halıdırsa, ‘keçmişpərəstlik’, yəni keçmişimizdə, tarixdə nə varsa bunları müqəddəsləşdirmək yanaşması da bir o qədər xəstə bir ruhun təzahürüdür.”
Şərhlər 1
Şərh Yaz