Azərbaycancaaz
Mir.az » Kitablar » Namiq Zeynəddin "Müsəlman Kimliyi" PDF

Namiq Zeynəddin "Müsəlman Kimliyi" PDF

Namiq Zeynəddin "Müsəlman Kimliyi" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Qurani-Kərimin “Bəqərə” surəsinin 143-cü ayəsində müsəlmanların “şahid” ümmət olmasından bəhs edilir. “Şahid olmaq” nümunəvi olmaq deməkdir. Nümunəvi insanlar üstün məziyyət və keyfiyyətlərə sahib olduqları üçün başqaları onları hər bir işdə örnək götürürlər. Buna görə də, müsəlman hər bir sahədə – tərbiyədə, təhsildə, bilikdə, dünyagörüşündə, əxlaqda, imanda, fərdi və ictimai münasibətlərdə nümunəvi davranmalıdır.

Nümunəvi olmayan insanlar ətrafdakılarda xoş təəssürat yaratmırlar. Ətrafına müsbət təsir edərək xoş təəssürat yaradan şəxs odur ki, gözlər onun şəxsiyyətinə yönəlir və insanlar onun ədəb-ərkanından təsirlənirlər. Hər kəs onun gözəl əxlaqına valeh olub ona bənzəməyə çalışır. Nümunəvi insan İslamın təsdiqlədiyi keyfiyyətlərə malik olan bir şəxsiyyətdir.

O, ruhən və cismən təmiz, imanlı, Allahı və insanları, ölkəsini, vətənini sevən, dürüst, təvazökar, insaflı, səxavətli, həyalı, əhdə vəfalı, cəsur, yalan danışmayan, xəyanət etməyən, təfriqə salmayan, qeybət və xəbərçilik etməyən, bədgümana düşməyən, başqalarını lağa qoymayan, həsəd aparmayan, valideynlərinə hörmət edən, qohumlarını ziyarət edən, xəstə ziyarətinə gedən, qonşuluqda möhkəm olan, kin saxlamayan, əfv etməyi bacaran və insanlara qarşı şəfqətli olan insandır.

Namiq Zeynəddin "Müsəlman Kimliyi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz