Ana Huang "Kef Kralı" PDF
Heç kəsi arxasınca gedəcək qədər istəməmişdi...
ta ki onunla tanışana qədər.
Dünya heç bir şeyi vecinə almayan, olduqca varlı Xavier Castillo-nun barmaqlarının ucunda idi.
Atasını qəzəbləndirdiyini bilsə də, ailəsinin imperatorluğunu miras almaqla maraqlanmırdı.
Ancaq ailə işinə laqeydliyi qadınların onun üstünə atılmasına mane olmurdu... Əlbəttə, bu vəziyyət ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis olan Sloane Kensington üçün keçərli deyildi.
Baş verən faciə onları bir-birinə yaxınlaşdıranda, Xavier gələcəyinin qeyri-müəyyənliyində boğulmağa başlamışdı.
Həmçinin, onun cazibəsinə müqavimət göstərə bilən yeganə insanın əslində özü istədiyi yeganə insan olduğunu
fərq etmişdi...
Zəkalı və iddialı bir şəxsiyyətə sahib olan Sloane Kensington, çətin müştəriləri ilə baş etməyə öyrəşmiş güclü bir ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis idi.
Ancaq heç bir müştərisi onu axmaq gamzələri və rahat davranışları ilə milyarder varis müştərisi qədər əsəbiləşdirmir və ya başını qarışdırmırdı.
Lakin ürəyi Xavier üçün nə qədər çırpınsa da, heç vaxt onun toruna düşməyəcəkdi.
Çünki o, müştərisi idi və həmişə belə qalacaqdı... Elə deyilmi?
Şərhlər 0
Şərh Yaz