Azərbaycancaaz
Mir.az » Kitablar » Mürtəza Mütəhhəri "İnsanı tanıma" PDF

Mürtəza Mütəhhəri "İnsanı tanıma" PDF

Mürtəza Mütəhhəri "İnsanı tanıma" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər
Görkəmli filosof, ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur.
Onun əsərlərini oxuyub başa düşmək, düşüncə və təfəkkürünün zirvələrini fəth etmək son dərəcə çətin, lakin eyni zamanda mühüm və zəruridir. Ustadın islam maarifi və ilahiyyat sahəsində yazdıqları nə qədər çətin olsa da, oxumaq şirin və cəlbedicidir.

Mütəhhəri əsrimizin böyük korifeylərindən biri olub və bir çox elmlərin yüksək səviyyəli mütəxəssisi olmuşdur: islam fəlsəfəsi, fiqh və üsul, sosiologiya, psixologiya, tarix, təfsir, kəlam və digər sahələr üzrə böyük nailiyyətlər əldə etmişdir. Fəlsəfədə o, Molla Sədrə məktəbinin davamçılarındandır. Fiqhi elmləri Ayətullah İmam Xomeyninin dərsləri vasitəsilə mənimsəmiş, bu sahədə yüksək müvəffəqiyyət göstərərək ictihad dərəcəsinə çatmışdır. Təfsiri isə dünya şöhrətli filosof və “Əl-mizan” kitabının müəllifi, təbrizli ustad Əllamə Təbatəbai-dən öyrənmişdir.

Bütün bu dərin araşdırmalar və qiymətli əsərlərə baxmayaraq, onun öz etirafına görə ən çox maraq göstərdiyi sahə islam kəlamı — xüsusən müasir islam kəlamı (sxolastika) olmuşdur. Bu sahədə o, ömürlük çalışaraq özünəməxsus üslubla dərin və dəyərli tədqiqatlar aparmışdır.
Mürtəza Mütəhhəri "İnsanı tanıma" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz