Əlini uzatdı, o böyük meyvəni tutub buraxdı, barmaq ucları yenidən hiss etməyə başladı. Şirin bir qoxu yayıldı havaya, şəkərli, al rəngli bir şaftalı qoxusu. Onu ovucuna alıb çəkdi. Şaftalı utanmadı, qadının orta barmağının ikinci bükümünü öpdü. Qadına bir qıdıqlandı, bir istək, bir cəsarət gəldi... şaftalını sol yanağından arsızcasına dişlədi. Söhbətlər, pıçıltılar ard-arda töküldü. Hər ikisi də bir anda danışqan oldu. Biri qoparırdı, digəri isə nə qədər aldığını baxırdı. Bir az dayandı qadın, ilk dişləmənin qarınında açdığı sərin yolu hiss etdi, şaftalının ətini burnuna yaslayıb bir müddət iylədi. Burnu qanadlanıb yenidən yerinə qayıtdı.
"Doyma Nöqtəsi"ndə aclıq, ov üçün inindən çıxmış vəhşi bir heyvanın ruhu kimi hekayələr arasında dolaşır. İnsan olaraq ondan qurtulmanın sandığımız qədər asan olmadığını anlayırıq. Qisas almaq, düşmənçilik və pislik, amma eyni zamanda şəfqət, mərhəmət, məsumluq və yaxşılıq içimizdə o qədər dərindir ki, bu hekayələr qarşısında o ürküdücü, qəribə günahkarlıq hissindən qaçmaq mümkünsüzdür.
Şərhlər 0
Şərh Yaz