Heç işlənməmiş bir cinayətə, buxar kimi yoxa çıxan guya bir bank soyğunçusuna və heç gözləmədikləri qədər ortaq cəhətləri olduğunu kəşf edən həddindən artıq narahat səkkiz yad insana dair təsirli, valehedici bir roman.
Ev axtarmaq adətən elə də ölüm-dirim məsələsinə çevrilmir, lakin uğursuz bir bank soyğunçusu potensial alıcılara göstərilən bir evə girib bir qrup yad insanı girov götürəndə, əsl qarışıqlıq başlaya bilər. Yaxın zamanda təqaüdə çıxmış və öz evliliklərini düzəldə bilməməyin ağrısından qaçmaq üçün fasiləsiz təmirə ehtiyacı olan evləri axtaran bir cütlük; pul qazanmaqla həddindən artıq məşğul olduğundan heç kimi vecinə almayan zəngin bir bankir; ilk uşaqları doğulmaq üzrə olan, lakin harada yaşayacaqlarından tutmuş necə tanış olduqlarına qədər heç bir mövzuda razılaşmayan kimi görünən gənc bir cütlük; kiminsə üzünə silah tuşlamaqdan qorxmayacaq qədər uzun müddətdir yaşayan səksən yeddi yaşlı bir qadın; narahat, amma hələ də hər an satış müqaviləsi bağlamağa hazır bir əmlakçı və özünü mənzildəki tək hamam otağına kilidləmiş sirli bir adam... Hamısı bir araya gəlir və qarşınızda... Dünyanın indiyədək görmüş ən bərbad girovları.
Onların hər birinin ömürlük narazılıqları, yaraları, sirləri və ehtirasları hər an üzə çıxmağa hazırdır. Heç biri əslində göründüyü insan deyil. Və hamısı - bank soyğunçusu da daxil olmaqla - ümidsizcə kimsə tərəfindən xilas olunmağı gözləyir. Rəsmilər və media hadisə yerini əhatəyə alarkən bu könülsüz müttəfiqlər özləri haqqında təəccüblü həqiqətləri üzə çıxaracaq və bir sıra gözlənilməz hadisələrin fitilini alovlandıracaqlar. Elə ki, sonradan baş verənləri izah etməkdə özləri belə çətinlik çəkəcəklər.
Sətirlərindən şəfqət, müdriklik və yumor süzülən "Narahat İnsanlar", dostluğun, bağışlamağın və ümidin - ən narahat zamanlarda belə bizi qoruyan şeylərin - sarsılmaz gücünə dair ustalıqla qurulmuş bir hekayədir.
Şərhlər 0
Şərh Yaz