Xatirələr olmadan sevginin nə mənası var?
Tolğa üçün Meyra xoşbəxtliyin özü idi. Onlar bir-birinə elə bağlı idilər ki, heç nə onları ayıra bilməzdi. Amma bəzi ayrılıqlar bütün qaydaları poza bilərdi.
Bir gecə başlarına gələn dəhşətli qəza Meyranın yaddaşını itirməsinə səbəb olur.
Sevdiyi adam artıq onun üçün yad birindən başqa bir şey deyil.
Sevgi olmadan xatirələrin nə mənası var?
Tolğa, sevdiyi qadını sağ ikən itirməyin ağrısı ilə dərindən sarsılır. Hiss etdiyi qaranlıqdan qurtulmaq üçün kiçik bir ümid işığına sıx-sıx sarılır.
Meyra isə məntiqə sığmayan duyğularla çarpışır. Zihninin tanımadığı, amma bədəninin əzbər bildiyi bu adam qarşısında acizdir. Ondan qaçmağa çalışsa da, hər dəfə özünü ona çəkilmiş halda tapır. Kim bilər, bəlkə də birinə yenidən aşiq olmaq mümkündür.
“Məni sənə bağlayan şey parça-parça olmuş xatirələrim deyil.
Mən səni yenidən sevdim. Mən səni ən başdan sevdim.”
Hər şey qaydasında ikən sıfırlanan zaman, bütün doğruları birləşdirən sevgini şübhə altında qoyur. Naməlum simaların tanış hissləri oyatdığı “Qaranlığın Kəpənəyi”, oxucunun sinir ucları ilə oynayarkən, haqqı ilə yaşanmış bir məhəbbət, havada qalan solğun keçmişin izlərini qazımaq əvəzinə zamanı geri sarır. Bu kitab isə müvəqqəti itkinin mütləq qələbəsidir.
Şərhlər 0
Şərh Yaz