Con Qrin "Eyni Ulduzun Altında" PDF
Xərçəng xəstəliyinə mübtəla olmuş on altı yaşlı Hazel Qreysin bir neçə il də yaşamağına təminat verən tibbi möcüzəyə baxmayaraq, xəstəliyi ölümcüldür. Həkimlərin ona qoyduğu diaqnozla birlikdə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini çoxdan yazıb.
Di gəl ki, Aqust Vaters adlı yaraşıqlı bir xarakter “Xərçəng Xəstəsi Uşaqlar Üçün Dəstək Qrupuna” gəldiyi gündən Hazelin həyatı tamamilə başqa istiqamətə yönəlir və bu ağıllı oğlanın cazibəsi qızın həyatında yeni hekayənin başlamasına səbəb olur.
Con Qrin təvazökar bir üslubda və bütün səmimiyyətiylə qələmə aldığı romanda yaşamağın və sevməyin həyəcanlı, gülməli və faciəvi cəhətlərini bütün çılpaqlığıyla təsvir edir…
John Green'in ən sevilən əsərlərindən biri olan "Eyni Ulduzun Altında" , nəşr olunduğu gündən bəri təsirli hekayəsi ilə ürəklərə toxunur.
Əsərin baş qəhrəmanı 16 yaşlı, ağciyər xərçəngi olan Hazel Grace adlı gənc bir qızdır. O, xəstəliyi səbəbindən yaşıdlarına nəzərən olduqca təcrid olunmuş bir həyat yaşayır.
Kitabdakı əsas hadisələr anasının onu xərçəng xəstələri üçün dəstək qrupuna qatılmağa təşviq etməsi ilə başlayır.
Hazel, qatıldığı dəstək qrupunda Augustus Waters adlı bir gənclə tanış olur. Zaman keçdikcə yaxınlaşan və bir-birinin həyatına daxil olan iki gənc, ölümün sərhədindəki qeyri-adi münasibətləri ilə sevgiyə fərqli bir pəncərə açırlar.