Azərbaycancaaz
Mir.az » Kitablar » Allan Ropper & B. D. Burrel "İnsan beyninə qeyri-adi səyahətlər" PDF

Allan Ropper & B. D. Burrel "İnsan beyninə qeyri-adi səyahətlər" PDF

Allan Ropper & B. D. Burrel "İnsan beyninə qeyri-adi səyahətlər" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Zehin hücum altında olarkən bədəni sağaltmağa çalışmaq necə bir şeydir? Bu kitabda, Dr. Allan Ropper və Brian Burrell oxucunu Harvard Tibb Fakültəsinin nevrologiya bölməsinin pərdəarxasına apararaq, təcrübəli bir diaqnostik mütəxəssisin həyatları dəyişdirən qəribə xəstəliklərlə necə üzləşdiyini göstərir. Alice Möcüzələr Ölkəsindəki kimi dovşan dəliyinə tullanaraq müəlliflər həll olunmaz görünən çoxsaylı hallara şahid olurlar. Belə halları necə ələ almağa, həyatı əbədi dəyişə biləcək insanlara necə məsləhət verməyə başlanır? Beyin xəstəliyinin əxlaqi və tibbi tərəfləri ilə başa çıxmaq üçün yeni nəsil klinisyenlər necə yetişdirilir? Dr. Ropper və həmkarı oxucunu həyatların və zehinlərin tarazlıqda qaldığı nadir bir dünyaya apararaq bu sualları cavablandırırlar.

“Hər fəsil bir detektiv hekayəsi kimi oxunur..”
–V.S. Ramachandran, Öykücü Beyin ve Beyindeki Hayaletler’in yazarı

“Beyinə marağı olanlar, həyatı təhlükə altına alan xəstəliklərlə mübarizə aparan xəstələr və onların ailələri, eləcə də özləri üçün göstərilən səyi qiymətləndirəcək potensial xəstələr — qısacası hamımız bu kitabı oxumalıyıq. Çünki bu, həqiqi bir xəzinədir.”
–Joseph B. Martin, M.D., Fəxri Dekan, Harvard Tibb Fakültəsi

“Beynimizdə işlərin necə səhv gedə biləcəyini anlamamıza kömək edəcək əla bir töhfə… Xəstə beynin içinə baxmaq oxuculara beyin şişləri, iflic, Parkinson, tutmalar və digər xəstəliklərin bizi necə təsirləndiyini həqiqətən anlamağa yardım edir. Hekayələr bəzən ağrılı, bəzən ruhlandırıcı, amma həmişə son dərəcə maarifləndiricidir.”
–Elizabeth Loftus, The Myth of Repressed Memory’nin yazarı

Allan Ropper & B. D. Burrel "İnsan beyninə qeyri-adi səyahətlər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz