Azərbaycancaaz
Mir.az » Kitablar » Monika Helfer "Baba" PDF

Monika Helfer "Baba" PDF

Monika Helfer "Baba" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

İkinci Dünya Müharibəsi illərinin Avstriyası. Məktəbi bitirməyə altı ay qalmış Rusiyaya cəbhəyə göndərilən və müharibənin sonunda bədəninin bir hissəsini itirərək qayıdan Josef... Daha uşaq ikən ayaqları ilə düzəltdiyi torpağı dəftər kimi istifadə edən, yaşa dolduqca dünyasını kitablardan quran bir ailə başçısı. Ayaq protezinin yanaşısında kitablarına söykənən bir adam. Köknar ağaclarının əhatəsində bir bina. Binanın ən üst qatında, pəncərəni açanda içəriyə qatran qoxusunun dolduğu sadə bir kitabxana.
Yazıçı Monika Helfer bu əsərində Alman ədəbiyyatında “Zeitsprung” adlanan “zaman sıçrayışı” metodundan istifadə edir. Müharibədən sonrakı dövrün çiçəklərlə örtülmüş çəmənlərində uzanıb səmanı izləyən oxucu, bir anda özünü 90-cı illərdə Berlindən hərəkət edən bir qatarın içində tapa bilər. Ata romanında müasir dünya ilə Katolik kilsəsinin təlimləri arasında gedib-gələn, dalğa boyu yüksək bir hekayənin qapıları aralanır.

Yük kitabındakı bəzi personajlarla yenidən qarşılaşırıq. Yazıçı Monika Helfer, Ata adını verdiyi bu kitabında həyatı sirr buludları içində keçən atasını danışır. Romanda faciə, komediya və absurdluq bir-birinə qarışmış şəkildə işlənib. Əsərin əsas obrazı Alman ədəbiyyatında tez-tez rast gəldiyimiz bir tipdir: içinə qapanmış, eqomanyak, müharibədən dönmüş və müharibə travmasını maddi aludəliklərlə kompensasiya etməyə çalışan bir adam. Monika Helfer, insana ən yaxın bildiklərimizin uzaq tərəflərini üzə çıxarır.”
— Christoph Schröder, Die Zeit

“Kitabda təsvir olunan ailə portreti, müharibədən sonrakı erkən dövr cəmiyyətinə güzgü tutur. Hekayə, manik səviyyədə kitab asılısı olan bir atanın ətrafında cərəyan edən hadisələri canlandırır.”
— Christel Wester, Deutschlandrundfunk

“Mətbuatda böyük və müsbət rezonans doğuran bu romanın yaxın zamanda Alman Kitab Mükafatı siyahısında yer alması tamamilə haqlı nəticə olardı.”
— Petra Reich, Literaturreich

Monika Helfer "Baba" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz