“Dinlə Yankee” (“Listen Yankee”) əsəri, Kuba İnqilabının sosial və iqtisadi islahatlara başlaması nəticəsində maraqları zərbə alan Amerika ticarət şirkətlərinin ABŞ hökumətini Kubaya hərbi müdaxiləyə təhrik etdiyi dövrdə yazılmışdır.
Professor Rayt Mills inqilabın qələbəsindən bir il sonra Kubaya səfər etmiş, inqilab liderləri və kubalılarla uzun söhbətlər aparmış, hadisələri yerində müşahidə etmiş və gördüklərini “Dinlə Yankee” adlı əsərində təqdim etmişdir.
Kitab Kuba inqilabçılarının qələmindən “Yankee”yə yazılmış məktublar şəklindədir. Bu məktublarda Kubanın tarixi, sosial və iqtisadi vəziyyəti, inqilabın səbəbləri, inqilabçıların məqsədləri və qarşılaşdıqları təhlükələr haqqında danışıldıqdan sonra, ABŞ-ın Kubaya qarşı tutumu tənqid olunur və Amerika xalqı, hökumətini Kubaya qarşı həyata keçirdiyi iqtisadi və hərbi təhdidlərdən əl çəkməyə çağırılır.
Şərhlər 0
Şərh Yaz