Azərbaycancaaz
Mir.az » Kitablar » Qabriel Qarsiya Markes "Eşq və Başqa Cinlər" PDF

Qabriel Qarsiya Markes "Eşq və Başqa Cinlər" PDF

Qabriel Qarsiya Markes "Eşq və Başqa Cinlər" PDF
  • Reytinq: 7
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Əsərin təməldə yaranma hekayəsi, bəlkə də, Markezin bütün kitablarından daha əvvəl idi. Belə ki, o, müxbir kimi fəaliyyət göstərdiyi gənclik illərində bir xəbəri üçün sökülən qədimi kilsəyə yollanır. Zirzəmidəki tabutların köçürülmə işini müşahidə edərkən ölü gənc qıza aid anormal uzunluqdakı saçları görür.

"Yerə yayılan o heyrətamiz saçlar iyirmi iki metr on bir santimetr uzunluğunda idi. Ustabaşı ən xəfif bir təəccübə qapılmadan insan saçının ölümdən sonra da ayda bir santimetr uzandığını mənə başa saldı : iyirmi iki metrə də iki yüzillik müddət üçün yaxşı bir hesablama kimi görünmüşdür ona.

Halbuki mənə bu məsələ heç də mümkün ola biləcək kimi görünməmişdir, çünki uşaqlığımda nənəm saçları arxasında bir gəlin duvağı kimi yerlə sürünən və it qapması nəticəsində quduzluqdan ölüb, gerçəkləşmiş bir çox möcüzə səbəbindən Qəraib hövzəsi xalqları arasında müqəddəslik şöhrəti tapmış, on iki yaşlı kiçik bir markizanın əfsanəsini nəql edirdi mənə. Məhz həmin məzarın onun ola biləcəyi düşüncəsi qəzetə həmin gün yazdığım xəbərin və bu kitabın əsasını təşkil etdi."

Və kitab 1994-cü ildə nəşr edilir. Ona ilk baxdıqda azyaşlı qızın əfsanəvi hekayəsindən bəhs edən adi bir əsər kimi görünəcək. Bir çox xalqların dilində var olan nağılların oxşarı, yenisi. Ancaq bütün sehrli nağıllar 2 yerə ayrılır : Markezin nəql etdikləri və digərləri.

Bu roman sizə çox şeylərdən danışır : Cahillikdən, ailə münasibətlərindən, sevgisizlikdən, dini ad altında edilən haqsızlıqlardan, azadlıq hissindən və daha nələrdən... Əsas mövzumuz isə eşqdir. Haqqında saysız-hesabsız kitabların yazıldığı, musiqilərin bəstələndiyi, əfsanələrin yarandığı, arzulanan və nifrət edilən o duyğu - Eşq. Və əsrlərin mübahisəli sualı - Eşq sağaldır yoxsa məhv edir ? Gəlin, Markezin ovsunlu hekayəsini oxuyaq və bunu bir daha müzakirə edək.

Xoş oxumalar !
Qabriel Qarsiya Markes "Eşq və Başqa Cinlər" PDF
Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Saytımızın ünvanı qadağalar səbəbindən dəyişə bilər. Bu vəziyyətdən təsirlənməmək üçün sosial şəbəkə hesablarımızı izləyin.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar