Azərbaycancaaz
Mir.az » Kitablar » Füruğ Fərruxzad "Son uçuş" PDF

Füruğ Fərruxzad "Son uçuş" PDF

Füruğ Fərruxzad "Son uçuş" PDF
  • Reytinq: 8
  • Şərhlər: 0
Populyarlıq 75% 75%


Diqqət Çəkənlər

• Cəmi 32 il yaşayan İran modernizm şeiriyyatının azadlıq simvolu, dünyaca məşhur yazar - Füruğ Fərruxzad.

1935-ci ildə Tehranda anadan olub. 17 yaşında ailə həyatı quran Füruğun Kamyar adlı yeganə oğlu dünyaya gəlib. O Kamyar ki, 1 il sonra Füruğun əlindən alınacaq və onu görməyə ömrü boyu həsrət qalacaqdı. Füruğun yazdığı bir şeir onun həyatını alt-üst edir, yeni qurduğu ailəsi və valideynləri ondan imtina edir. Bu "Ləzzət dolu bir günah" şeiri idi :

Bir günah işlədim, ləzzətlə dolu,
Qaynar bir qucaqda isindi bu tən.
Bir günah işlədim o isti, o sərt,
O dəmir qolların arasında mən.

Özünü ədəbiyyata həsr edən Füruğun "Əsir" (1952), "Divar" (1957), "Üsyan" (1959), "Başqa bir doğuluş" (1964) kitabları işıq üzü görür. "Soyuq mövsümün başlanğıcına inanaq" kitabını isə bitirə bilmədən dünyasını dəyişir.

• 1962-ci ildə Fərruxzadın çəkdiyi "İtaliya" filmi sənədli filmlər festivalında birincilik əldə edir.

Bir il sonra isə Təbrizdə olarkən təsadüfən cüzamlı xəstələrin saxlandığı ev ilə tanış olan Füruğ burada insanların necə əzab çəkdiklərini öz gözləriylə görür. Bu hadisədən təsirlənən şairə "Qara ev" adlı sənədli film çəkir. Onun filmi böyük rəğbətlə qarşılanır, hətta Almaniyada Oberhauzen film festivalında mükafata layiq görülür.

• 1967-ci ilin bir qış günündə Füruğ Fərruxzad uşaqlarla dolu avtobusla toqquşmamaq üçün idarə etdiyi maşını yoldan çıxararaq divara çırpır və bu qəzada dünyasını dəyişir.

Qeyd : Dəyərli şairənin fərqli qəzet və jurnallarda, platformalarda paylaşılmış bir çox şeiri olsa da, indiyədək azərbaycan dilli şeir kitabı mövcud deyildi. Cinciva heyəti olaraq, onun indiyədək tərcümə edilmiş şeirlərini, qardaşı Firidun Fərruxzada yazdığı məktubları və ona ithafən yazılan şeirləri bir araya topladıq, "Son Uçuş" adlı elektron kitabı hazırladıq.

İstinad göstərmək şərti ilə, kitabı fərqli platformalarda yayaraq, kanalımıza və əsasən də, yerli dildə elektron kitab bazasına öz töhfənizi verə bilərsiniz.

Xoş oxumalar !
Füruğ Fərruxzad "Son uçuş" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar